Pleyeri seçin:

Türkiyənin Ukraynaya dəstəyi Lavrovu dilə gətirdi | Düşündürən açıqlama

20 noyabr 2024 235 baxış

“Türkiyə-Rusiya münasibətlərində soyuqluq var və bu, kifayət qədər hiss olunur”.

Bu fikirləri Baku TV-nin departament rəhbəri, jurnalist Turan İbrahimov deyib.

O qeyd edib ki, xüsusilə Rusiya mediasında Türkiyəyə istiqamətlənmiş ittihamların dozası getdikcə artmağa başlayıb:

“Müxtəlif istiqamətlər üzrə Türkiyəni artıq ittiham etməyə başlayıblar. Xüsusilə də bir müddətdir ki, səsi kəsilmiş ermənipərəst ictimai xadimlərin də dili sözün əsl mənasında uzanıb. Qabartdıqları məqam budur ki, Orta Asiyadakı Türk dövlətlərini Türkiyə yavaş-yavaş öz tərəfinə çəkir, öz çətiri altında birləşdirir, məqsəd də Rusiyanın bu bölgədəki təsirini minimuma endirməkdir”.

Jurnalistin sözlərinə görə, Türkiyə mediasında da Rusiya ilə bağlı əvvəllər səsləndirilməyən iddialar ortaya atılır:

“Məhz Suriyada Rusiyanın müəyyən fəaliyyət istiqamətləri tənqid olunur. Türkiyə və Rusiya Avrasiya bölgəsində həlledicidir. Anlaşılan odur ki, Suriyada Türkiyənin indiki məqamda Rusiyanın maraqlarına uyğun olmayan, Qərb dövlətləri ilə razılığa gələrək addımlar atması Rusiyanı qıcıqlandırır.

Bundan əlavə, ən önəmli faktor Ukraynanın taleyi ilə bağlı Türkiyənin tutduğu mövqedir ki, Rusiyanı özündən çıxarır və Sergey Lavrov səviyyəsində müəyyən məsələlər dilə gətirilir. Türkiyə tərəfi deyir ki, Rusiya-Ukrayna müharibəsi bitəcəksə, bu, mütləq Ukraynanın ərazi bütövlüyü çərçivəsində başa çatmalıdır və 1991-ci il sərhədlərinə qədər hər şey müəyyənləşməli, Rusiya oradan çıxmalıdır. Bu da indiki məqamda Rusiya üçün qəbul olunmazdır”.

Banner
Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Siyasət
28 oktyabr 2026 235 baxış
Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Siyasət
28 oktyabr 2026 235 baxış
İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

Siyasət
28 oktyabr 2026 235 baxış
Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Siyasət
28 oktyabr 2026 235 baxış
Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Siyasət
28 oktyabr 2026 235 baxış
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Siyasət
28 oktyabr 2026 235 baxış
Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Siyasət
28 oktyabr 2026 235 baxış
Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Siyasət
28 oktyabr 2026 235 baxış
Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Siyasət
28 oktyabr 2026 235 baxış
Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Siyasət
28 oktyabr 2026 235 baxış
Seçilmişlər
icon