Ukrayna məhz bu sistem sayəsində... | Müharibə barədə gözlənilməz açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
“Ukraynanın döyüş meydanlarında müharibənin gələcəyi sürətlə dəyişir. Minlərlə dron səmanı doldurur”.
Bu barədə “Foreign Affairs” nəşri yazıb.
“Bu dronlar və onların operatorları maneələrdən qaçmaq və potensial hədəfləri müəyyən etmək üçün süni intellekt sistemlərindən istifadə edirlər”, – nəşr bildirib.
Qeyd olunur ki, bu sistemlər sayəsində Ukrayna ordusu tankları məhv edir və təyyarələri dağıdıcı effektivliklə vurur.
“Hər iki dövlət fasiləsiz hücumlara tab gətirə bilən və düşmənin müdafiəsini yara bilən daha təkmil texnologiyalar yaratmağa çalışır”, – materialda deyilir.
Məqalədə Azərbaycan hərbçiləri tərəfindən Qarabağın geri alınmasında Türkiyə və İsrail istehsalı olan pilotsuz təyyarələrdən uğurla istifadə edildiyi də xatırladılıb.
#Rusiya-Ukrayna müharibəsi teqi istifadə olunub
- Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV
- Strateji Cənub körpüsü vuruldu | Kiyevdə gecə saatlarında güclü partlayışlar - Baku TV
- Skandinaviyadan Moskvaya vacib zəng | Avropada müharibə bitir? - ƏSAS XƏBƏR
- Rusiya-Ukrayna müharibəsi nə vaxt dayandırılacaq? - Baku TV CANLI
- Ukraynalılardan Qərbin yeni vədinə reaksiya - Baku TV
