Ukraynada “Azərbaycan xalçasının sehrliliyi” adlı sərgi açılıb - Baku TV
Ukraynanın İrpen şəhərində Azərbaycan xalçaçılığının aparıcı məktəblərinin eksponatlarından ibarət sərginin açılışı olub.
Sərgi İrpen şəhər Meriyasının və Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin birgə təşkilatçılığı, Azərbaycanın Ukraynadakı səfirliyinin dəstəyi ilə İrpenin Tarix və Diyarşünaslıq Muzeyində keçirilir.
Azərbaycanlı kolleksiyaçı Seymur Abuşovun şəxsi kolleksiyasından ibarət sərginin açılışında diplomatlar, yerli deputatlar və diaspor fəalları iştirak ediblər.
Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev bildirib ki, sərgi Azərbaycan və Ukrayna arasında möhkəm dostluğun, qarşılıqlı dəstəyin və anlaşmanın, həmçinin sülhə, inkişafa və rifaha ortaq sadiqliyin daha bir simvoludur:
“Bu sərgi ənənəvi Azərbaycan xalçaçılığının bütün məktəblərini bir araya gətirir. Qarabağ məktəbindən Təbriz məktəbinədək Azərbaycan xalçaçılığını tam şəkildə təmsil edir. Bu, ukraynalıları ənənəvi türk və Azərbaycan mədəniyyəti ilə tanış etmək üçün bir fürsətdir”.
İrpen şəhər Şurasının rəhbəri Anjelina Makeeva sərginin şəhər üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb:
“Azərbaycan xalqı bizim üçün dost və qardaş xalqdır. Ölkələrimiz arasında çox gözəl münasibətlər mövcuddur. Qürur duyuram ki, bu gün münasibətlərimizi yalnız bərpa və qarşılıqlı dəstək istiqamətində deyil, həm də tarixi-mədəni sahədə gücləndiririk. Bu, çox vacibdir. Çünki tariximizi gələcək nəsillər də bilməlidirlər. Biz bunun üçün əlimizdən gələni edəcəyik”.
#Ukrayna teqi istifadə olunub
- “Yaxın günlərdə ABŞ-dən “PAC-3” raketləri alacağıq” | Zelenski - Baku TV
- ABŞ Ukraynaya icazə verdi: Putinin planları pozuldu? - Baku TV CANLI
- Ukrayna Prezidenti "Baku TV"nin sualını cavablandırdı - Baku TV
- Dəhşətli təyyarə qəzasında bütün heyət həlak olub
- Ukraynada “Mi-8” faciəsi: Bütün heyət həlak oldu - Baku TV CANLI
