Pleyeri seçin:

Ukraynalı deputatlar Müstəqillik günü ilə bağlı Azərbaycanı təbrik etdi

29 may 2024 726 baxış

Ukraynanın paytaxtı Kiyevdə Azərbaycanın müstəqilliyinin 106-cı ildönümü münasibətilə tədbir keçirilib.

Azərbaycanın bu ölkədəki səfirliyi tərəfindən təşkil olunan tədbirdə müxtəlif ölkələrdən rəsmi nümayəndələr, deputatlar, ekspertlər, elm və incəsənət nümayəndələri iştirak ediblər.

Görüşdə çıxış edən səfir Seymur Mərdəliyev ölkəmizin müstəqillik tarixi barədə məlumat verib. Bildirib ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu, müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin uğurlu strategiya ilə idarə etdiyi Azərbaycan bu gün regionun ən qüdrətli dövlətidir.

Ukraynanın xarici işlər nazirinin müavini Yevgeni Perebiynis isə Ukrayna-Azərbaycan əlaqələrindən danışaraq Bakının Kiyevə verdiyi humanitar yardımın və siyasi dəstəyin önəmini qeyd edib.

Daha sonra tədbirdə deputatlar da çıxış ediblər.

Ali Radanın deputatı Andrey Kloçko Azərbaycan xalqını öz torpaqlarının birləşdirilməsindən sonra Müstəqillik Gününü qeyd etməsi münasibətilə təbrik edib:

“Biz bütün Ukrayna xalqı adından səmimi qəlbdən edirik bu təbriki. Ölkənizə firavanlıq arzulayırıq. Azərbaycan xalqına daim azadlıq və ölkənizin əmin-amanlıq yuvası olmasını arzulayırıq. Azərbaycanın Ukraynaya yardımı çox faydalı, çox vaxtında idi.

Qaçqınlarımızı qəbul edib sığınacaq verilməsinə görə Azərbaycan Prezidentinə və xalqına, həmçinin Azərbaycan Dövlət Neft Şirkətinin göstərdiyi humanitar yardıma görə dərin minnətdarıq. Azərbaycan dövləti Ukraynada dağıdılmış və ya zədələnmiş məktəbləri, uşaq bağçalarını, infrastruktur obyektlərini bərpa edib. Bu, təqdirəlayiq haldır”.

Sonda onu da qeyd edək ki, tədbir zamanı hava hücumu xəbərdarlığı ilə bağlı həyəcan siqnalları verilsə də, görüş davam edib.

Banner
Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Siyasət
28 oktyabr 2026 726 baxış
İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

Siyasət
28 oktyabr 2026 726 baxış
Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Siyasət
28 oktyabr 2026 726 baxış
Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Siyasət
28 oktyabr 2026 726 baxış
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Siyasət
28 oktyabr 2026 726 baxış
Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Siyasət
28 oktyabr 2026 726 baxış
Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Siyasət
28 oktyabr 2026 726 baxış
Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Siyasət
28 oktyabr 2026 726 baxış
Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Siyasət
28 oktyabr 2026 726 baxış
Prezident Administrasiyasının sabiq rəhbərinin cəzası nə oldu? | Məhkəmə qərar verdi - Baku TV

Prezident Administrasiyasının sabiq rəhbərinin cəzası nə oldu? | Məhkəmə qərar verdi - Baku TV

Siyasət
27 oktyabr 2026 726 baxış
Seçilmişlər
icon