Ukraynaya dəfələrlə yardım edilsə də... | Bakıya qarşı haqsız ittihamların səbəbi
Yeniliklərdən dərhal xəbərdar olun
“İlham Əliyev Ukraynanın yox, Azərbaycanın prezidentidir”.
Bunu Ukrayna Milli Antiböhran Qrupunun idarəedici partnyoru Taras Zaqorodnı “Facebook” səhifəsində SOCAR-ın Ukraynada boykot edilməsi çağırışlarını şərh edərkən deyib.
“Azərbaycana qarşı irəli sürülən iddiaların mahiyyətini başa düşə bilmirəm. İ.Əliyev Ukraynanın yox, Azərbaycanın prezidentidir. O, öz millətinin mənafeyindən çıxış edir. İ.Əliyev 20 il ərzində ölkəsini modernləşdirərək onu Rusiyanın dəstəyi ilə 90-cı illərdən başlayan və Azərbaycan ərazisinin 20%-ni əhatə edən erməni işğalından azad edib.
Bu gün Azərbaycan elə mövqedən çıxış edir ki, hətta Putin Ermənistanı dəstəkləməkdən imtina etmək bahasına bunu nəzərə almağa məcburdur. Genişmiqyaslı işğalın başlanmasından bəri Azərbaycan sistematik olaraq Ukraynaya humanitar yardım, o cümlədən yanacaq şirkəti olan SOCAR-ın dəstəyini göstərib və indi çoxları tərəfindən haqsız olaraq tənqid olunur.
Deməli, indi Avropada Rusiya kapitalı üçün yumşaq ofşor olmasına görə bizə F-16-lar verən Niderlanda nifrət etməliyik? Yoxsa Çinlə ticarət edən ABŞ-yə? Yoxsa Rusiya hərbi gəmilərinin Qara dənizə keçidini əngəlləyən, eyni zamanda Rusiya ilə ticarətini davam etdirsə də, Odessanın mümkün işğalının qarşısını alan Türkiyəyə?
Primitiv “qazan-xəyanət” kateqoriyalarında düşünməyi dayandırmalıyıq. Dünya göründüyündən qat-qat mürəkkəbdir. Uzunmüddətli maraq və siyasət haqqında düşünmək, populist şüarlara boyun əyməmək vacibdir. Bu cür yanaşmaların nəticələrini artıq ötən əsrin əvvəllərində gördük və bunun sonu pis bitdi”, – o bildirib.
#İlham Əliyev teqi istifadə olunub
- Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM
- Mehriban Əliyevanın sosial media hesablarında retrospektiv sərgi ilə bağlı paylaşım edilib - Baku TV
- İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - Baku TV
- Azərbaycan beynəlxalq bazarlara etibarlı enerji təchizatçısı kimi çıxış edir - Baku TV
- İlham Əliyev: "Bir şəhərdə, bir ölkədə bu iki mötəbər qlobal tədbir keçiriləcək" - Baku TV
