Pleyeri seçin:

Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə dönüşü Azərbaycanı necə xilas etdi? - Baku TV

12 dekabr 2025 111 baxış

Azad, müstəqil və öz taleyinin sahibi olmaq Azərbaycan dövlətçiliyi üçün ağır və sərt sınaqlar demək idi. Bir məmləkətin hürriyyətinin etibarlı bünövrəsini yaratmaq isə yalnız dönməz, iradəli xarakterin gerçəkləşdirə biləcəyi xidmətdir. Heydər Əliyev ölkəmizin və millətimizin yolunda belə əsaslı dönüşü mümkün edə bildi.

Ulu öndər Heydər Əliyev hələ sovet dövründə müstəqil Azərbaycan ideyası ilə misilsiz xidmətlər göstərirdi. O dövrdə yeni sənaye sahələri yaradıldı. Ölkəmiz neft məhsulları, polad borular, əlvan metallar, tikinti materialları, məişət kondisonerləri, avtomobil hissələri istehsalı, xalçaçılıq kimi sahələrdə aparıcı mövqedə idi.

Həmin vaxtlar Azərbaycanda buraxılan 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac olunurdu. İnkişaf edən iqtisadiyyat üçün yüksək ixtisaslı kadrların yetişdirilməsi vacib idi. Heydər Əliyev gəncləri Moskvanın, eləcə də SSRİ-nin digər şəhərlərinə göndərilməsini ənənəyə çevirmişdi. Azərbaycanda Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradılması isə milli ordunun formalaşması üçün mühüm addım idi.

Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra isə ilk illərdə hakimiyyət uğrunda mübarizə dövlətçiliyə ağır zərbə vurdu. Ölkəmiz həmin illərdə məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Belə vəziyyətdə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev yenidən böyük siyasi iradə nümayiş etdirdi. İlk növbədə, deskturktiv qüvvələr zərərsizləşdirildi, vətəndaş müharibəsinin qarşısı alındı. 1994-cü ildə Azərbaycan-Ermənistan müharibəsində atəşkəsə nail olundu.

Yaranmış sabitlikdə həmin ilin sentyabrında “Əsrin müqaviləsi” imzalandı. Məqsəd Azərbaycanın təbii sərvətlərindən xalqın rifahı naminə səmərəli istifadə idi. Baxmayaraq ki, bu layihənin reallaşması üçüb ciddi əngəllər vardı, lakin Heydər Əliyev qətiyyətlə neft sazişi ilə bağlı işləri davam etdirdi.

Həmçinin ölkədə bazar iqtisadiyyatı bərqərar oldu. Eləcə də insan hüquq və azadlıqlarının inkişafı üçün imkanlar yarandı. ABŞ, Türkiyə, Çin kimi ölkələrlə faydalı əlaqələr quruldu, Rusiya və İran kimi kimi vacib qonşularla balanslaşdırılmış münasibətlər saxlanıldı.

Ulu öndərin bu siyasəti öz bəhrəsini bu gün də verir. Hazırda Azərbaycanın Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı ilə sıx əlaqələri, onların ölkəmizə verdiyi dəstək, Türkiyə, Pakistan, İsrail, Böyük Britaniya və Aİ ölkələri ilə əməkdaşlığı bölgədə geosiyasi mənzərənin ciddi sürətdə dəyişdiyini göstərir. Bütün bunlar keçmişdə görülən işlərin bəhrəsi və Azərbaycan adlı məmləkətə duyulan sonsuz sevgidir.

Kopyalandı
İlham Əliyevin Ağdərə və Tərtərə etdiyi səfərdən görüntülər - Baku TV

İlham Əliyevin Ağdərə və Tərtərə etdiyi səfərdən görüntülər - Baku TV

Siyasət
13 yanvar 2026 111 baxış
“İtaliya ilk dost ölkələrdəndir ki...” | Bakı-Roma əlaqələri hansı sahələrdə inkişaf edib? - Baku TV

“İtaliya ilk dost ölkələrdəndir ki...” | Bakı-Roma əlaqələri hansı sahələrdə inkişaf edib? - Baku TV

Siyasət
13 yanvar 2026 111 baxış
ABŞ, Çin və Rusiya arasında yeni nüfuz döyüşü başlayıb? - AKTUAL GÜNDƏM

ABŞ, Çin və Rusiya arasında yeni nüfuz döyüşü başlayıb? - AKTUAL GÜNDƏM

Siyasət
13 yanvar 2026 111 baxış
Prezidentin sədrliyi ilə müşavirə keçirilib | İranın taleyi masadadır - YENİ BİR SƏHƏR

Prezidentin sədrliyi ilə müşavirə keçirilib | İranın taleyi masadadır - YENİ BİR SƏHƏR

Siyasət
13 yanvar 2026 111 baxış
Dəniz suyunun duzsuzlaşdırılması üzrə meqalayihə icra olunur - Baku TV

Dəniz suyunun duzsuzlaşdırılması üzrə meqalayihə icra olunur - Baku TV

Siyasət
13 yanvar 2026 111 baxış
Su təminatının gücləndirilməsi üçün 5 istiqamətdən əlavə suyun gətirilməsi nəzərdə tutulub - Baku TV

Su təminatının gücləndirilməsi üçün 5 istiqamətdən əlavə suyun gətirilməsi nəzərdə tutulub - Baku TV

Siyasət
13 yanvar 2026 111 baxış
Ölkə üzrə sayğaclaşdırmanın faiz göstəricisi nə qədərdir? - Baku TV

Ölkə üzrə sayğaclaşdırmanın faiz göstəricisi nə qədərdir? - Baku TV

Siyasət
13 yanvar 2026 111 baxış
İçməli su təminatı üzrə son göstəricilər açıqlandı - Baku TV

İçməli su təminatı üzrə son göstəricilər açıqlandı - Baku TV

Siyasət
12 yanvar 2026 111 baxış
Şahin Mustafayev "Yengicə" və "Əlicançay" layihələrindən danışdı  - Baku TV

Şahin Mustafayev "Yengicə" və "Əlicançay" layihələrindən danışdı - Baku TV

Siyasət
12 yanvar 2026 111 baxış
Yerüstü su ehtiyatlarının 75 faizi qonşu ölkələrdən daxil olur | Şahin Mustafayev - Baku TV

Yerüstü su ehtiyatlarının 75 faizi qonşu ölkələrdən daxil olur | Şahin Mustafayev - Baku TV

Siyasət
12 yanvar 2026 111 baxış
Seçilmişlər
icon