Vaşinqtonda Sülh Şurasının ilk iclası başa çatdı - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurasının (Board of Peace) ilk rəsmi iclası uğurla başa çatıb. Azərbaycan Prezidenti İlham Əliyevin şəxsən iştirak etdiyi bu sammit müasir diplomatiya tarixində yeni səhifə açıb. İclasın yekununda Prezident Donald Tramp şuranın fəaliyyət prinsiplərini, maliyyə hesabatlılığını və gələcək yol xəritəsini müəyyən edən strateji qətnaməni imzalayıb. Tramp öz çıxışında Azərbaycan və Ermənistan arasında əldə olunmuş sülhü "24 saatlıq möcüzə" adlandıraraq, İlham Əliyevi və Nikol Paşinyanı "güclü və müdrik liderlər" kimi təqdim edib. Sülh Şurası artıq sadəcə bir müzakirə platforması deyil, qlobal münaqişələrin həlli üçün konkret maliyyə və hüquqi mexanizmlərə malik beynəlxalq təşkilat statusu qazanıb. Azərbaycanın bu şurada təsisçi və aktiv tərəfdaş kimi yer alması ölkəmizin regionda sülhün əsas memarı olduğunu bir daha sübut edir.
#ABŞ teqi istifadə olunub
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
- Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir
