Pleyeri seçin:

WUF13 Bakını qlobal şəhərsalma siyasətinin əsas platformasına çevirdi - Baku TV

23 may 2026 367 baxış

Bakı bu dəfə dünyanın urbanizasiya, mənzil təhlükəsizliyi və dayanıqlı inkişaf üzrə əsas siyasi dialoq məkanlarından birinə çevrildi. 176 ölkədən 57 mindən çox iştirakçının qatıldığı Forum həm miqyasına, həm də qəbul edilən qərarlara görə əvvəlkilərdən fərqləndi. Yəni WUF13 Bakı tarixində bir ilkə imza atdı.

Ən diqqətçəkən məqamlardan biri isə şəhərsalma mövzusunun ilk dəfə sırf texniki müzakirələrdən çıxaraq siyasi liderlər səviyyəsinə daşınması oldu. Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən Liderlərin Bəyanatları Sessiyası qlobal urbanizasiya gündəliyinə yeni format gətirdi. Bu yanaşma isə şəhərlərin gələcəyinin artıq yalnız memarlıq və infrastruktur məsələsi deyil, təhlükəsizlikdən iqtisadiyyata, iqlimdən sosial sabitliyə qədər geniş strateji mövzu olduğunu göstərdi.

Forum zamanı Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi yenidənqurma siyasəti də xüsusilə diqqət mərkəzində idi. İşğaldan azad edilmiş ərazilərdə qurulan yeni yaşayış məntəqələri, “Ağıllı şəhər” və “Ağıllı kənd” modelləri, ekoloji yanaşmalar beynəlxalq iştirakçılar tərəfindən müasir bərpa nümunəsi kimi qiymətləndirildi. Əslində, Bakı Forumu göstərdi ki, Azərbaycan dağıdılmış əraziləri, sadəcə, bərpa etmir, eyni zamanda gələcəyin şəhər modelini qurmağa çalışır.

WUF13 çərçivəsində qəbul edilən “Bakı Fəaliyyətə Çağırış” sənədi isə Forumun əsas siyasi nəticəsi hesab olunur. Sənəddə mənzil böhranı, iqlim riskləri və dayanıqlı şəhər inkişafı ilə bağlı çağırışların artıq praktik addımlara çevrilməsinin vacibliyi vurğulanır. Bu isə göstərir ki, Bakı, sadəcə, ev sahibi deyil, həm də qlobal gündəliyin formalaşmasına töhfə verən aktor kimi çıxış edir.

Forumun digər mühüm tərəfi Azərbaycanın beynəlxalq platformalar üçün etibarlı tərəfdaş imicinin daha da möhkəmlənməsi oldu. COP29-dan sonra WUF13-ün də yüksək səviyyədə təşkili Bakının qlobal tədbirlərin keçirilməsi üçün strateji mərkəzə çevrildiyini nümayiş etdirdi.

Diqqətçəkən başqa bir məqam isə erməni dairələrinin Azərbaycana qarşı yaratmağa çalışdığı informasiya kampaniyalarının bu Forum fonunda təsirsiz qalmasıdır. Beynəlxalq nümayəndələr azad edilmiş ərazilərdə aparılan quruculuq işlərini postmünaqişə bərpası üçün mühüm model kimi qiymətləndirdilər.

Beləliklə, WUF13 yalnız şəhərlərlə bağlı Forum kimi yadda qalmadı. Bakı bu platforma vasitəsilə həm qlobal əməkdaşlıq mesajı verdi, həm də Azərbaycanın yeni inkişaf modelini dünyaya təqdim etdi.

Banner
Ağkəndlə bağlı üzə çıxan həqiqətlər: erməni mənbələri bu kənd barədə nəyi etiraf edir? - Baku TV

Ağkəndlə bağlı üzə çıxan həqiqətlər: erməni mənbələri bu kənd barədə nəyi etiraf edir? - Baku TV

Siyasət
08 oktyabr 2026 367 baxış
Prezident İlham Əliyev Türkmənistandan mühüm mesajlar verdi - Baku TV

Prezident İlham Əliyev Türkmənistandan mühüm mesajlar verdi - Baku TV

Siyasət
08 oktyabr 2026 367 baxış
Türkmənistanda böyük diplomatik gündəm: Bakı, Moskva və Aşqabad hansı maraqlar ətrafında birləşir?

Türkmənistanda böyük diplomatik gündəm: Bakı, Moskva və Aşqabad hansı maraqlar ətrafında birləşir?

Siyasət
08 oktyabr 2026 367 baxış
Bakı-Aşqabad əlaqələri yeni mərhələdə | “Füzulidəki məscid dostluğumuzun rəmzidir” - Baku TV

Bakı-Aşqabad əlaqələri yeni mərhələdə | “Füzulidəki məscid dostluğumuzun rəmzidir” - Baku TV

Siyasət
08 oktyabr 2026 367 baxış
Türkmənistan lideri Prezident İlham Əliyevi qarşıladı - Baku TV

Türkmənistan lideri Prezident İlham Əliyevi qarşıladı - Baku TV

Siyasət
08 oktyabr 2026 367 baxış
Prezident İlham Əliyevin Türkmənistana səfərindən görüntülər - Baku TV

Prezident İlham Əliyevin Türkmənistana səfərindən görüntülər - Baku TV

Siyasət
08 oktyabr 2026 367 baxış
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başlayıb - Baku TV

Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başlayıb - Baku TV

Siyasət
08 oktyabr 2026 367 baxış
Prezident İlham Əliyev Türkmənistanda işgüzar səfərdə - Baku TV CANLI

Prezident İlham Əliyev Türkmənistanda işgüzar səfərdə - Baku TV CANLI

Siyasət
08 oktyabr 2026 367 baxış
Məhkumların işlə təminatı: 500 işəgötürənin rəyi nə göstərdi? - Baku TV

Məhkumların işlə təminatı: 500 işəgötürənin rəyi nə göstərdi? - Baku TV

Siyasət
08 oktyabr 2026 367 baxış
İsrail 8-ci cəbhədə savaşa hazırlaşır? | Avropa Britaniyaya qapılarını açacaq? - YENİ BİR SƏHƏR

İsrail 8-ci cəbhədə savaşa hazırlaşır? | Avropa Britaniyaya qapılarını açacaq? - YENİ BİR SƏHƏR

Siyasət
08 oktyabr 2026 367 baxış
Seçilmişlər
icon