WUF13-ün əhəmiyyəti nədir? | Polşanın BMT-dəki daimi nümayəndəsi danışdı - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıdakı müzakirələr son dərəcə vacib olacaq. Ümumdünya Şəhərsalma Forumu bütün maraqlı tərəflərin bir araya gələrək dayanıqlı şəhərlərin inkişafı ilə bağlı real təcrübələri, ən yaxşı nümunələri və problemləri müzakirə edə bildiyi unikal platformadır.
Bunu Polşanın Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndəsi Krysztof Szezerski BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) Yeni Şəhərsalma Proqramına dair nazirlər səviyyəsində görüşündə səsləndirib.
“Burada böyük metropolların da, kiçik şəhərlərin də, paytaxtların da, ikinci dərəcəli şəhərlərin də problemləri və imkanları müzakirə olunur. Ümid edirəm ki, bu proses siyasi bəyannamənin uğurla qəbul olunması ilə nəticələnəcək”, – deyə Polşanın Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndəsi əlavə edib.
#Polşa teqi istifadə olunub
- Polşada ABŞ-nin hərbi bazası tikiləcək?
- Sui-qəsd planlaşdırmaqda şübhəli bilinən şəxs saxlanıldı
- NATO-nun şərq cinahının müdafiəsini gücləndirmək üçün yeni addımlar atılır - Baku TV CANLI
- Litva və Polşa fövqəladə vəziyyətə qarşı necə plan hazırlayır? - Baku TV
- Litva və Polşa fövqəladə vəziyyətə qarşı birgə təxliyə planı hazırlayır
