Xalqımıza ziyan vurmaqla... | Zaxarova britaniyalı diplomatlarla bağlı bu dəfə sərt çıxış etdi
Yeniliklərdən dərhal xəbərdar olun
"Böyük Britaniyanın Moskvadakı səfirliyində fəaliyyət göstərən diplomatlar Rusiya xalqına zərər vurmaq məqsədi daşıyan müəyyən işlərə cəlb olunublar".
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ölkə mətbuatına müsahibəsində deyib.
O qeyd edib ki, həmin diplomatların fəaliyyəti Vyana Konvensiyalarının hüdudlarından xeyli kənara çıxıb.
“Rusiya Federal Təhlükəsizlik Xidmətinin britaniyalı diplomatların fəaliyyəti ilə bağlı təqdim etdiyi qiymətləndirmələri biz də tam şəkildə bölüşürük. Lakin burada söhbət təkcə məsələnin formal tərəfində deyil, onların xalqımıza ziyan vurmağa yönəlmiş hərəkətlərindən gedir", – deyə M.Zaxarova vurğulayıb.
Qeyd edək ki, hərəkətlərində kəşfiyyat və təxribat izləri aşkarlanan Böyük Britaniyanın Moskvadakı səfirliyinin siyasi şöbəsinin altı əməkdaşının akkreditasiyası dayandırılıb.
#Rusiya Xarici İşlər Nazirliyi teqi istifadə olunub
- Tehrana səfər edən Lavrov iranlı həmkarı ilə nələri müzakirə etdi? - Baku TV CANLI
- Moskva Bakı ilə münasibətlərdə ortaq faciə səhifəsinin çevrildiyini açıqlayır
- “Azərbaycan da məcbur olacaq ki...” | Rusiya “səhifə çevrildi” dedi, bəs bundan sonra? - Baku TV
- Rusiya XİN-dən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama - Baku TV
- ABŞ-nin Rusiyaya qarşı sanksiyaları genişlənir | Moskva Pekindən nə gözləyir? - Baku TV
