Xarici media Azərbaycan Prezidentindən yazır
Yeniliklərdən dərhal xəbərdar olun
Oktyabrın 15-i İlham Əliyevin prezidentlik fəaliyyətinin 20 ili tamam olur.
Dövlət başçısının uzaqgörən siyasəti, yürütdüyü parlaq strategiya ölkə tarixində unudulmaz səhifələr açıb. Müharibədə qazanılan qələbə, Azərbaycanın geosiyasi və iqtisadi baxımdan inkişafı, güclü ordunun yaradılması məhz bu müddətə təsadüf edib.
Prezident İlham Əliyevin qətiyyətli lider, dövlət başçısı kimi gördüyü işlər dünya mediasının da gündəmində olub.
Türkiyənin “Haber Global” telekanalında hazırlanan geniş süjetdə ulu öndər Heydər Əliyevin irsinə sahib çıxmış, 30 illik Qarabağ həsrətini sona çatdırmış Prezident İlham Əliyevin beynəlxalq arenada Azərbaycanın rolunu gücləndirməsi, eləcə də Ermənistan Baş nazirini “Qarabağ Azərbaycandır” deməyə vadar etməsi xüsusilə vurğulanıb.
Rusiya mediası da tarixi şəxsiyyətin fəaliyyətini işıqlandırıb. “İnfo.24” saytının dərc etdiyi məqalədə Prezident İlham Əliyevin həyata keçirdiyi mühüm işlər və əldə edilmiş uğurlar barədə yazılıb. Rusiyanın digər informasiya agentliyi “News.ru” saytında isə ölkə başçısının 20 illik prezidentlik fəaliyyəti dövrü ilə bağlı “Səbir və uzaqgörənlik: İlham Əliyev ölkənin ərazi bütövlüyünün bərpası missiyasını necə yerinə yetirdi” adlı geniş məqalə dərc olunub.
#İlham Əliyev teqi istifadə olunub
- Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM
- Mehriban Əliyevanın sosial media hesablarında retrospektiv sərgi ilə bağlı paylaşım edilib - Baku TV
- İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - Baku TV
- Azərbaycan beynəlxalq bazarlara etibarlı enerji təchizatçısı kimi çıxış edir - Baku TV
- İlham Əliyev: "Bir şəhərdə, bir ölkədə bu iki mötəbər qlobal tədbir keçiriləcək" - Baku TV
