Xələf Xələfov və Lavrov arasındakı görüşdə diqqətçəkən məqamlar | Detallar açıqlandı
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov Moskvada keçirilən görüşdə ikitərəfli münasibətlərin inkişaf perspektivlərini və Asiyada qarşılıqlı fəaliyyət və etimad tədbirləri üzrə Müşavirənin gündəliyini müzakirə ediblər.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin məlumatında deyilir.
"Rusiya-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıq və müttəfiqlik müstəvisində inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb. Bir sıra aktual beynəlxalq və regional məsələlərə toxunulub", ‒ deyə bildirilib.
Məlumata görə, Asiyada qarşılıqlı fəaliyyət və etimad tədbirləri üzrə Müşavirənin gündəliyinə daxil olan əsas məsələlər və 2025-2026-cı illərdə Azərbaycanın sədrliyi dövründə bu platformada birgə fəaliyyətin vəzifələri müzakirə olunub.
#Rusiya Xarici İşlər Nazirliyi teqi istifadə olunub
- "Əgər Avropa müharibə istəyirsə..." | Lavrov Qərbə səsləndi - ƏSAS XƏBƏR
- Avropa diplomatları Rusiya XİN rəhbəri ilə eyni kadrda yer almaq istəməyib
- Rusiya XİN Aİ və NATO rəhbərliyini ittiham etdi
- Tehrana səfər edən Lavrov iranlı həmkarı ilə nələri müzakirə etdi? - Baku TV CANLI
- Moskva Bakı ilə münasibətlərdə ortaq faciə səhifəsinin çevrildiyini açıqlayır
