Pleyeri seçin:

XİN Azovda baş verən hadisə ilə bağlı məlumatları yenilədi - Baku TV

06 iyun 2026 395 baxış

İyunun 5-də Azov dənizində dron hücumları nəticəsində "Natra" və "Zirkon" yük gəmilərində həlak olan və yaralanan Azərbaycan Respublikası vətəndaşlarının sayı və kimlikləri dəqiqləşdirilib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Yenilənən məlumata görə, ümumilikdə 25 nəfər Azərbaycan vətəndaşından 4 nəfər yaralanıb, 4 nəfərin isə həlak olduğu bildirilir. İlkin olaraq vəfat etdiyi elan olunan digər bir şəxsin isə Azərbaycan vətəndaşı və azərbaycanəsilli deyil, Rusiya vətəndaşı olduğu müəyyənləşib.

Həlak olan vətəndaşlarımız – 1976-cı il təvəllüdlü Rəcəb Əhədov və 1997-ci il təvəllüdlü Məhəmməd Əliyevin cəsədləri aşkarlanıb və cənazələrin ölkəmizə göndərilməsi istiqamətində tədbirlər görülür.

Qeyd edilib ki, həlak olduğu bildirilən digər iki Azərbaycan vətəndaşının heyətində olduğu "Zirkon" gəmisi partlayış təhlükəsi olduğuna görə vurulduğu yerdə saxlanılıb. Rusiyanın xilasedici qrupları tərəfindən gəminin limana gətirilməsi üçün təhlükəsizlik tədbirləri görülür. Yalnız axtarış tədbirləri yekunlaşandan sonra iki vətəndaşın aqibəti barədə dəqiq məlumatın verilməsi mümkündür.

Bildirilib ki, Yeysk şəhər xəstəxanasına yerləşdirilən yaralılar – 1998-ci il təvəllüdlü Samid İbadzadə və Rəşad Mədətxanov artıq xəstəxanadan çıxarılıb. 2002-ci il təvəllüdlü Emin Valehov və 1999-cu il təvəllüdlü Namiq Cəfərlinin də vəziyyətləri yaxşıdır və onlar müalicələrini tamamladıqdan sonra xəstəxanadan buraxılacaqlar.

"Rusiyadakı səfirliyimizin əməkdaşları ərazidədir və vətəndaşlarımıza zəruri dəstəyin göstərilməsi istiqamətində tədbirlər görülür. Bütün vətəndaşlarımız Yeysk şəhərində mehmanxanada yerləşdirilib və ailələri ilə təmasdadırlar. Vətənə qayıtmaq niyyətində olan və sənədləri itmiş vətəndaşlarımız müvafiq qayıdış şəhadətnamələri ilə təmin olunublar", – məlumatda vurğulanıb.

Banner
Media və Yayım Şurası Azərbaycan haqqında yayılan əsassız iddiaları qətiyyətlə pisləyib - Baku TV

Media və Yayım Şurası Azərbaycan haqqında yayılan əsassız iddiaları qətiyyətlə pisləyib - Baku TV

Siyasət
22 oktyabr 2026 395 baxış
Bakı haqlı narazılığını bildirdi, Paşinyan işləri sürətləndirdi | Nikolun planı nədir? - Baku TV

Bakı haqlı narazılığını bildirdi, Paşinyan işləri sürətləndirdi | Nikolun planı nədir? - Baku TV

Siyasət
22 oktyabr 2026 395 baxış
Ankaradan gələn telefon zəngi və gərginlikdən çıxan siyasi mesajlar - Baku TV

Ankaradan gələn telefon zəngi və gərginlikdən çıxan siyasi mesajlar - Baku TV

Siyasət
22 oktyabr 2026 395 baxış
Qarabağ gərginliyi Ermənistanda azərbaycanlıların həyatını necə dəyişdi? - Baku TV

Qarabağ gərginliyi Ermənistanda azərbaycanlıların həyatını necə dəyişdi? - Baku TV

Siyasət
22 oktyabr 2026 395 baxış
AXC-nin İrəvan qərarı və Ermənistanın sonrakı iddiaları - Baku TV

AXC-nin İrəvan qərarı və Ermənistanın sonrakı iddiaları - Baku TV

Siyasət
22 oktyabr 2026 395 baxış
Türkiyədə Azərbaycanı hədəf alan dairələr kimlərdir?

Türkiyədə Azərbaycanı hədəf alan dairələr kimlərdir?

Siyasət
22 oktyabr 2026 395 baxış
"Azərbaycan ona görə bunu etdi ki..." | İrəvanın yeni TRIPP açıqlaması barədə siyasi şərh - Baku TV

"Azərbaycan ona görə bunu etdi ki..." | İrəvanın yeni TRIPP açıqlaması barədə siyasi şərh - Baku TV

Siyasət
22 oktyabr 2026 395 baxış
Qardaşlığın gələcəyi necə qorunacaq? - Baku TV CANLI

Qardaşlığın gələcəyi necə qorunacaq? - Baku TV CANLI

Siyasət
22 oktyabr 2026 395 baxış
Bakıda 3-cü İslam Maliyyə Forumu işə başlayıb - Baku TV

Bakıda 3-cü İslam Maliyyə Forumu işə başlayıb - Baku TV

Siyasət
22 oktyabr 2026 395 baxış
Etnik təmizləmədən yan keçən kənd: Ardanış azərbaycanlıları 1980-ci illərdə niyə qovuldu?

Etnik təmizləmədən yan keçən kənd: Ardanış azərbaycanlıları 1980-ci illərdə niyə qovuldu?

Siyasət
22 oktyabr 2026 395 baxış
Seçilmişlər
icon