Pleyeri seçin:
XİN-dən açıqlama: Suriyada düşərgələrdə saxlanılan azərbaycanlılar vətənə gətirilib
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Suriyadan 8 uşaq və 4 qadın Azərbaycana gətirilib.
Xarici İşlər Nazirliyindən verilən xəbərə görə, Azərbaycan hökuməti tərəfindən görülmüş mərhələli və koordinasiyalı tədbirlər nəticəsində 21 noyabr 2023-cü il tarixində Suriyada yerləşən düşərgələrdə saxlanılan 8 nəfəri uşaq və 4 nəfəri qadın olmaqla 12 nəfərin ölkəmizə repatriasiyası həyata keçirilib. Onların Türkiyə Respublikası ərazisinə keçidi təşkil olunub.
Azərbaycanın Türkiyədəki Səfirliyi tərəfindən müvafiq əlaqələndirmə işi aparılmaqla vətəndaşlarımız qayıdış şəhadətnamələri və uçuş biletləri ilə təmin edilib və Vətənə gətirilib.
Kopyalandı
#Xarici İşlər Nazirliyi teqi istifadə olunub
- Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür - Baku TV
- XİN Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb - Baku TV
- Fransa ilə Azərbaycan arasında diplomatik gərginlik yenidən dərinləşdi - ANA XƏBƏR
- Ceyhun Bayramov Azərbaycan və Türkiyə arasındakı ticarət dövriyyəsindən danışdı - Baku TV
- Azərbaycandan Türkiyəyə COP31-lə bağlı dəstək | "Haber Global" süjet hazırladı - Baku TV
