Pleyeri seçin:

XİN-dən Aİ-nin qərəzli iddialarına sərt cavab

25 avqust 2024 445 baxış

"Azərbaycanda hər hansı bir vətəndaşın siyasi əqidəsinə və ya fikirlərinə görə təqib olunduğu, özlərini jurnalist və ya hüquq müdafiəçisi kimi təqdim edən şəxslər barədə cinayət işlərinin siyasi motivli olduğu barədə fikirlər kökündən yanlışdır və qəbuledilməzdir".

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib.

"Dövlətə xəyanət, müəyyən fəaliyyətlərin qeyri-qanuni maliyyələşdirilməsi, qanunsuz maliyyə əməliyyatları və s. kimi bir sıra cinayət araşdırmaları ilə əlaqədar saxlanılan şəxslərin məsələsi müvafiq cinayət-prosessual qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirilir və proses tam şəffafdır.

Cinayət işlərinin və təhqiqatların, habelə məhkəmə qərarlarının nəticələrini gözləmək əvəzinə təqsirləndirilən şəxslərin azad edilməsi üçün Azərbaycana çağırışların edilməsi hüquqi prosedurlarla açıq ziddiyyət təşkil edir, məhkəmə hakimiyyətinə müdaxilə cəhdidir və Avropa İttifaqının təbliğ etdiyi dəyərlərə ziddir.

Təəssüf hissi ilə qeyd edirik ki, Aİ-nin bir sıra üzv ölkələrində insanların fundamental hüquq və azadlıqlarının pozulması, siyasi təqiblər nəticəsində həbs edilmiş şəxslərin həbsxanalarda və "sarı gödəkçələr" kimi aksiyalarda həyatlarını itirməsi, habelə Yeni Kaledoniyada aksiyaların qanla boğulması kimi hallara biganə qalması ikili standartların bariz nümunəsidir. Avropa İttifaqının bir sıra institutları Azərbaycana qarşı təxribatlara son qoymalıdır", – deyə o qeyd edib.

Qeyd edək ki, Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə mətbuat katibi Peter Stano 23 avqust tarixində "Politico" qəzetinə müsahibə zamanı "Azərbaycanda ötən ildən bəri müstəqil jurnalistlərin, hüquq müdafiəçilərinin, vətəndaş cəmiyyəti nümayəndələrinin həbs olunduğunu" bildirərək onların azad olunmasına dair çağırışlar edib.

Ukraynadan Rusiyaya təklif | Milyardlarla insan çirklənmiş hava ilə nəfəs alır - YENİ BİR SƏHƏR

Ukraynadan Rusiyaya təklif | Milyardlarla insan çirklənmiş hava ilə nəfəs alır - YENİ BİR SƏHƏR

Siyasət
22 sentyabr 2026 445 baxış
Qafqaz Albaniyasının tarixi mövzusunda seminar keçirilib - Baku TV

Qafqaz Albaniyasının tarixi mövzusunda seminar keçirilib - Baku TV

Siyasət
21 sentyabr 2026 445 baxış
Tramp-Pezeşkian görüşü ABŞ-İran münasibətlərində yeni səhifə aça bilərmi? - Baku TV

Tramp-Pezeşkian görüşü ABŞ-İran münasibətlərində yeni səhifə aça bilərmi? - Baku TV

Siyasət
21 sentyabr 2026 445 baxış
Ermənilərin Alban kilsələrinə iddiası nə məqsəd daşıyır? - Baku TV

Ermənilərin Alban kilsələrinə iddiası nə məqsəd daşıyır? - Baku TV

Siyasət
21 sentyabr 2026 445 baxış
Azərbaycan və Özbəkistan hərbçiləri birgə təlim keçirəcək - Baku TV CANLI

Azərbaycan və Özbəkistan hərbçiləri birgə təlim keçirəcək - Baku TV CANLI

Siyasət
21 sentyabr 2026 445 baxış
Bakıda önəmli tədbirin açılış mərasimi keçirildi

Bakıda önəmli tədbirin açılış mərasimi keçirildi

Siyasət
21 sentyabr 2026 445 baxış
Ermənistan Rusiya qazından imtina edərək Azərbaycana üz tuta bilər? - Baku TV

Ermənistan Rusiya qazından imtina edərək Azərbaycana üz tuta bilər? - Baku TV

Siyasət
21 sentyabr 2026 445 baxış
İran və Çin faktoru: Husi-Səudiyyə gərginliyinin arxasında nə dayanır? - AKTUAL GÜNDƏM

İran və Çin faktoru: Husi-Səudiyyə gərginliyinin arxasında nə dayanır? - AKTUAL GÜNDƏM

Siyasət
21 sentyabr 2026 445 baxış
Rusiya Ermənistanı hansı vasitələrlə təzyiq altında saxlaya bilər? - Baku TV

Rusiya Ermənistanı hansı vasitələrlə təzyiq altında saxlaya bilər? - Baku TV

Siyasət
21 sentyabr 2026 445 baxış
ADA Universitetində beynəlxalq təcrübəyə əsaslanan “AZEMBA” proqramı təqdim olunub - Baku TV

ADA Universitetində beynəlxalq təcrübəyə əsaslanan “AZEMBA” proqramı təqdim olunub - Baku TV

Siyasət
21 sentyabr 2026 445 baxış
Seçilmişlər
icon