XİN-dən Əfqanıstan və Braziliyadakı təbii fəlakətlə bağlı paylaşım
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın Xarici İşlər Nazirliyi Əfqanıstana başsağlığı verib. Bununla bağlı XİN-in “X” sosial hesabında paylaşım edilib.
“Əfqanıstanda baş verən dağıdıcı daşqınlar bizi dərindən kədərləndirdi. Bu fəlakətdə həyatını itirənlərin ailələrinə və yaxınlarına başsağlığı veririk”, – deyə paylaşımda bildirilib.
Bundan başqa, Azərbaycan Xarici İşlər Nazirliyi Braziliyanın Rio-Qrande-du-Sul əyalətində baş verən və insan tələfatı ilə nəticələnən daşqınlarla bağlı bu ölkəyə başsağlığı ünvanlayıb.
“Daşqınlar nəticəsində yaranan dağıntılar və insan tələfatı bizi kədərləndirdi. Həlak olanların ailələrinə başsağlığı verir və bu fəlakətdən zərər çəkənlərə tezliklə şəfa diləyirik”, – deyə nazirliyin başsağlığı mətnində qeyd olunub.
#Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) teqi istifadə olunub
- Niderland Azərbaycana minatəmizləmə sahəsində dəstək göstərəcək - Baku TV
- Bu ölkədə dəhşətli terror hücumu yaşandı | Azərbaycan XİN-dən reaksiya - Baku TV CANLI
- Üç vətəndaşımızın hamısı xilas edilib | XİN hücumun təfərrüatlarını açıqlayıb - Baku TV
- Enerjidən rəqəmsal xidmətlərədək | İqtisadi əlaqələr hansı sahələrdə genişlənə bilər? - Baku TV
- "Buna çox böyük ehtiyac var" | Ceyhun Bayramov Azərbaycan-Hindistan əlaqələrindən danışdı - Baku TV
