XİN İsrail və İrandakı azərbaycanlılarla bağlı məlumat yaydı | Detallar açıqlandı
Yeniliklərdən dərhal xəbərdar olun
İsrail və İran arasında yaranmış mövcud qarşıdurma ilə əlaqədar İsrail Dövlətindəki və İran İslam Respublikasındakı səfirliklərimizdə, habelə Təbriz şəhərindəki Baş Konsulluğumuzda yaradılmış qaynar xətlərə daxil olan müraciətlərə gündəlik əsasda baxılır.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib.
O deyib ki, İranı tərk etmək istəyən Azərbaycan vətəndaşlarının, eləcə də digər ölkələrin vətəndaşlarının quru sərhədindən keçidi istiqamətində müvafiq icazələrin alınması üçün tədbirlər davam etdirilir. İsraildə vətəndaşlarımız qonşu Misir və İordaniyaya yönləndirilir.
"İndiyə qədər İrandakı səfirliyimiz və Baş Konsulluğumuza ümumilikdə 500 nəfərə yaxın Azərbaycan vətəndaşının müraciəti daxil olub, onlardan 60 nəfərdən artıq vətəndaşımız sərhədi keçib. Bununla yanaşı, 51 ölkədən 1200-dən artıq müraciət hazırda nəzərdən keçirilir və onların sərhəddən keçidinə icazələr təmin olunur. İsraildə olan 34 nəfər vətəndaşımızın İordaniyaya keçidi üçün tədbirlər görülüb", – A.Hacızadə qeyd edib.
#Xarici İşlər Nazirliyi teqi istifadə olunub
- Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür - Baku TV
- XİN Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb - Baku TV
- Fransa ilə Azərbaycan arasında diplomatik gərginlik yenidən dərinləşdi - ANA XƏBƏR
- Ceyhun Bayramov Azərbaycan və Türkiyə arasındakı ticarət dövriyyəsindən danışdı - Baku TV
- Azərbaycandan Türkiyəyə COP31-lə bağlı dəstək | "Haber Global" süjet hazırladı - Baku TV
