XİN rəhbəri müsəlman ölkələrin səfirləri üçün təşkil olunmuş iftarda iştirak etdi
Yeniliklərdən dərhal xəbərdar olun
“ATƏT-in artıq aktual olmayan Minsk qrupunun ləğvi vacibdir”.
Bunu xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda akkreditə olunan müsəlman ölkələrinin səfirləri üçün təşkil edilmiş iftar tədbirində deyib.
Postmünaqişə dövründə baş verən proseslər barədə danışan nazir Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında ikitərəfli saziş layihəsinin mətni üzrə danışıqların yekunlaşdığını bildirib.
Bununla yanaşı, sazişin imzalanması üçün Ermənistan konstitusiyasında ölkəmizə qarşı ərazi iddialarının aradan qaldırılması ilə bağlı müvafiq düzəlişin edilməsi tələbi bir daha vurğulanıb. Bu xüsusda, ATƏT-in artıq aktual olmayan Minsk qrupu və digər aidiyyəti strukturlarının ləğvinin də vacibliyi diqqətə çatdırılıb.
Nazir həmçinin Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi Şanlı Ordumuz tərəfindən torpaqlarımızın işğaldan azad olunması, keçmiş münaqişəyə son qoyulmasından sonra bölgəmizdəki dinamik inkişafdan ətraflı bəhs edib, ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini yad edib.
#Ceyhun Bayramov teqi istifadə olunub
- Niderland Azərbaycana minatəmizləmə sahəsində dəstək göstərəcək - Baku TV
- Enerjidən rəqəmsal xidmətlərədək | İqtisadi əlaqələr hansı sahələrdə genişlənə bilər? - Baku TV
- "Buna çox böyük ehtiyac var" | Ceyhun Bayramov Azərbaycan-Hindistan əlaqələrindən danışdı - Baku TV
- Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür - Baku TV
- Bakı və Vaşinqton arasında vacib telefon danışığı | Tərəflər nələri müzakirə etdi? - Baku TV
