XİN rəhbərlərinin Bakı və İrəvan arasındakı sülh sazişi barədə müzakirəsi
Yeniliklərdən dərhal xəbərdar olun
Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində iranlı həmkarı Seyid Abbas Ərağçi ilə görüşüb.
Görüş zamanı Azərbaycan-İran əlaqələrinin inkişafı naminə hər iki tərəfdən güclü siyasi iradənin mövcudluğu təməl olmaqla, Azərbaycanın mehriban qonşuluq, bərabərhüquqluluq, qarşılıqlı hörmət və faydaya əsaslanan əməkdaşlığa tam şəkildə sadiqliyi diqqətə çatdırılıb və ölkəmizin bu əməkdaşlığın davam və daha da inkişaf etdirilməsi istiqamətində səylərinin əhəmiyyəti vurğulanıb.
Eyni zamanda Ermənistan-Azərbaycan münasibətlərinin normalaşdırılması prosesi barədə qarşı tərəf ətraflı şəkildə məlumatlandırılıb.
Yekun sülh sazişinin bağlanılmasına ən ciddi maneənin isə başda Ermənistan Konstitusiyası olmaqla, bu ölkənin bir sıra hüquqi və siyasi sənədlərində Azərbaycana qarşı ərazi iddialarının davam etməsi göstərilib.
Ermənistandakı revanşist meyillər fonunda bu ölkənin sürətli hərbiləşdirilməsi və müxtəlif dövlətlər tərəfindən Ermənistana hərbi dəstəyin artırılmasının regionda təhlükəsizlik və sabitliyin bərqərar edilməsi istiqamətində səylərimizə zərər vurduğu diqqətə çatdırılıb.
Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və çoxtərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
#Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) teqi istifadə olunub
- Niderland Azərbaycana minatəmizləmə sahəsində dəstək göstərəcək - Baku TV
- Bu ölkədə dəhşətli terror hücumu yaşandı | Azərbaycan XİN-dən reaksiya - Baku TV CANLI
- Üç vətəndaşımızın hamısı xilas edilib | XİN hücumun təfərrüatlarını açıqlayıb - Baku TV
- Enerjidən rəqəmsal xidmətlərədək | İqtisadi əlaqələr hansı sahələrdə genişlənə bilər? - Baku TV
- "Buna çox böyük ehtiyac var" | Ceyhun Bayramov Azərbaycan-Hindistan əlaqələrindən danışdı - Baku TV
