XİN rəsmisindən "Laçın" postu ilə bağlı Ermənistana çağırış
Yeniliklərdən dərhal xəbərdar olun
“Ermənistanı tərəflərin mübahisəsini daha da gərginləşdirə biləcək hər hansı hərəkətdən çəkinmək və nəzarət-buraxılış məntəqəsinin fəaliyyətinə maneçilik törədən hərəkətlərinə son qoymaq barədə Beynəlxalq Ədalət Məhkəməsinin qərarına əməl etməyə çağırırıq”.
Bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov “Twitter” hesabında yazıb.
“Ermənistanın yalanlarının əksinə olaraq, Beynəlxalq Ədalət Məhkəməsi keçid məntəqəsinin Laçın yolu boyunca hərəkəti pozduğunu aşkar etməyib. Nə də Azərbaycanın 22 fevral qərarını pozduğunu aşkarlayıb”, – deyə XİN rəsmisi qeyd edib.
Elnur Məmmədovun sözlərinə görə, iyulun 6-da Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın Məhkəmənin 22 fevral 2023-cü il tarixli qərarının dəyişdirilməsi ilə bağlı müraciətini haqlı olaraq rədd edib.
#Xarici İşlər Nazirliyi teqi istifadə olunub
- Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür - Baku TV
- XİN Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb - Baku TV
- Fransa ilə Azərbaycan arasında diplomatik gərginlik yenidən dərinləşdi - ANA XƏBƏR
- Ceyhun Bayramov Azərbaycan və Türkiyə arasındakı ticarət dövriyyəsindən danışdı - Baku TV
- Azərbaycandan Türkiyəyə COP31-lə bağlı dəstək | "Haber Global" süjet hazırladı - Baku TV
