Pleyeri seçin:

Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının açılışı olub - Baku TV

26 fevral 2026 490 baxış

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri fevralın 26-da Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının açılışında iştirak ediblər.

Prezident İlham Əliyev Memorialın önünə əklil qoyub.

Prezidentin köməkçisi Anar Ələkbərov dövlət başçısına və birinci xanıma Memorial barədə məlumat verib.

Qeyd edək ki, Xocalı Soyqırımı Memorialı Prezident İlham Əliyevin 2025-ci ilin fevralında imzaladığı Sərəncama əsasən, Xocalı faciəsi qurbanlarının xatirəsinin əbədiləşdirilməsi, tarixi həqiqətlərin gələcək nəsillərə çatdırılması və milli yaddaşın qorunması məqsədilə yaradılıb.

Layihə Heydər Əliyev Fondu tərəfindən hazırlanan konsepsiya əsasında reallaşdırılıb.

Memorialı dörd tərəfdən əhatə edən monolit Xocalı sakinlərini soyqırımından qorumağa çalışan rəmzi əllər formasında layihələndirilib.

Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq Memorialın həyətində qış fəslinin sonunda çiçək açan və yazın müjdəçisi olan badam ağacları əkilib. Bu illər ərzində "Xocalıya ədalət!" kampaniyasının rəmzi də badam çiçəyi seçilib və bu, təsadüfi deyil. Badam çiçəyi Xocalıda 1992-ci ilin fevral ayında törədilmiş soyqırımına münasibətdə ədalətin təmin olunmasını əks etdirir.

Memorial dörd bölmədən ibarətdir. İlk iki bölmədə Xocalı soyqırımı qurbanlarının xatirəsini yaşadan ekspozisiya zalı yaradılıb.

Ekspozisiya ziyarətçiləri "Faciənin siması" instalyasiyası ilə qarşılayır. Rəşad Ələkbərov və Azər Rüstəmovun müəllifləri olduqları instalyasiya 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş soyqırımının qurbanlarını – qətlə yetirilmiş dinc sakinləri, məhv olmuş ailələri canlandırır.

Memorialın tavanı boyu uçuşan göyərçin maketləri isə bütün dünyaya sülh arzulayan Xocalının faciə zamanı qətlə yetirilmiş günahsız sakinlərinin xatirəsinə ehtiram əlamətidir.

XX əsrdə insanlıq əleyhinə ən dəhşətli cinayətlərdən biri olan Xocalı soyqırımına həsr edilmiş ekspozisiyada Ermənistan-Azərbaycan münaqişəsinin tarixi kökləri, işğalçılıq siyasəti və erməni terrorizminin Azərbaycan torpaqlarında yaratdığı fəsadlar sənədlər, xəritələr və faktlar əsasında təqdim olunur.

Burada "Xocalı – qədim sivilizasiyanın izləri", "Xocalı soyqırımı bəşəriyyətə qarşı cinayətdir", "Xocalını unutma!" adlı ekspozisiyalarda Xocalının tarixi, işğalın coğrafiyası, münaqişənin xronologiyası, beynəlxalq hüquq normalarının pozulması, bəşəriyyətə qarşı törədilmiş ən qanlı cinayətlərdən biri olan Xocalı soyqırımı barədə məlumatlar və Ümummilli Lider Heydər Əliyevin soyqırımına verdiyi siyasi-hüquqi qiymət nümayiş olunur.

Ermənistan Avropadan deportasiya edilənlər üçün saxlanma mərkəzinə çevrilir? - AKTUAL GÜNDƏM

Ermənistan Avropadan deportasiya edilənlər üçün saxlanma mərkəzinə çevrilir? - AKTUAL GÜNDƏM

Siyasət
04 avqust 2026 490 baxış
Ceyhun Bayramov Azərbaycan-İsveçrə arasında iqtisadi əməkdaşlıqdan danışdı - Baku TV

Ceyhun Bayramov Azərbaycan-İsveçrə arasında iqtisadi əməkdaşlıqdan danışdı - Baku TV

Siyasət
04 avqust 2026 490 baxış
XİN-də mətbuat konfransı | Ceyhun Bayramov İqnasio Kassislə görüşdü - Baku TV

XİN-də mətbuat konfransı | Ceyhun Bayramov İqnasio Kassislə görüşdü - Baku TV

Siyasət
04 avqust 2026 490 baxış
Ukrayna Prezidentindən Azərbaycanla bağlı diqqətçəkən mesaj - Baku TV CANLI

Ukrayna Prezidentindən Azərbaycanla bağlı diqqətçəkən mesaj - Baku TV CANLI

Siyasət
04 avqust 2026 490 baxış
Hikmət Hacıyev “Haber Global”a mühüm açıqlamalar verdi - Baku TV

Hikmət Hacıyev “Haber Global”a mühüm açıqlamalar verdi - Baku TV

Siyasət
04 avqust 2026 490 baxış
“Euronews” İpək Yolu boyunca uzanan ortaq kulinariya irsinə dair reportaj hazırladı - Baku TV

“Euronews” İpək Yolu boyunca uzanan ortaq kulinariya irsinə dair reportaj hazırladı - Baku TV

Siyasət
04 avqust 2026 490 baxış
Prezident İlham Əliyev "Yeni Səngəçal" yarımstansiyasının açılışında iştirak etdi - Baku TV

Prezident İlham Əliyev "Yeni Səngəçal" yarımstansiyasının açılışında iştirak etdi - Baku TV

Siyasət
03 avqust 2026 490 baxış
Kartdan-karta köçürmələrə limit qoyuldu | Təhsil tələbə krediti barədə vacib xəbər - YENİ BİR SƏHƏR

Kartdan-karta köçürmələrə limit qoyuldu | Təhsil tələbə krediti barədə vacib xəbər - YENİ BİR SƏHƏR

Siyasət
03 avqust 2026 490 baxış
Paşinyan Putinə meydan oxudu: Avropa İttifaqı Rusiyanı əvəz edə biləcəkmi? - YEKUNLAŞDIRAQ

Paşinyan Putinə meydan oxudu: Avropa İttifaqı Rusiyanı əvəz edə biləcəkmi? - YEKUNLAŞDIRAQ

Siyasət
02 avqust 2026 490 baxış
"Azərbaycan dilinin qoruyucuları bizik" | Prezident İlham Əliyev - Baku TV

"Azərbaycan dilinin qoruyucuları bizik" | Prezident İlham Əliyev - Baku TV

Siyasət
01 avqust 2026 490 baxış
Seçilmişlər
icon