Xüsusi təyinatlılarımızın Qazaxıstanda təlimi yekunlaşdı | Hərbçilər hava kəşfiyyatı aparıb
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan, Qazaxıstan, Türkiyə, Pakistan, Qətər və Özbəkistan xüsusi təyinatlılarının iştirakı ilə Qazaxıstanda keçirilən "Sonsuz qardaşlıq – III" çoxmillətli təlimi başa çatıb.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Dörd yüz nəfərdən çox heyətin iştirak etdiyi təlimin Qazaxıstanın Türküstan vilayətində yerləşən Orda poliqonunda bağlanış mərasimi keçirilib.
Tədbirdə təlim iştirakçılarının peşəkarlığı yüksək qiymətləndirilib. Qeyd olunub ki, plana əsasən, sərhədi pozan şərti qanunsuz silahlı birləşmənin qarşısının alınması və zərərsizləşdirilməsi, hakim yüksəkliklərin ələ keçirilməsi, pilotsuz uçuş aparatlarının radioelektron mübarizə vasitələrindən istifadə etməklə sıradan çıxarılması, eləcə də dron hücumundan qorunma məqsədilə hava kəşfiyyatının aparılması və digər tapşırıqlar xüsusi təyinatlılar tərəfindən məharətlə yerinə yetirilib.
Sonda təlimdə fərqlənən hərbi qulluqçulara mükafatlar təqdim edilib.
#Qazaxıstan teqi istifadə olunub
- Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV
- İlham Əliyev Qazaxıstan Respublikasının Prezidentinə təbrik məktubu ünvanlayıb - Baku TV
- Sayramda tarixi abidələrlə tanışlıq | Qazaxıstana təşkil olunan mediatur davam edir - Baku TV
- Orta Asiyanın ən böyük məscidlərindən birində memarlıq və simvolik ölçülər - Baku TV
- Arxeoloji qazıntıların nəticəsi | Şımkentin tarixi nə qədər qədimə gedib çıxır? - Baku TV
