Yaxın Şərq diplomatiyasında yeni oyunçu
Yeniliklərdən dərhal xəbərdar olun
“Yaxın Şərq diplomatiyasında yeni oyunçu meydana çıxır – Azərbaycan”.
Bu barədə “The Jerusalem Post” nəşrinin "Azərbaycan - İsrail və Suriya arasında sülh körpüsü" başlıqlı analitik materialında deyilir.
Materialda qeyd olunub ki, adətən danışıqlarda əsas elementi tərəflər təşkil edir, vasitəçi isə yalnız ikinci dərəcəli, texniki rol oynayır. Lakin bəzən tərəflər bir-birindən o qədər uzaq mövqelərdə dayanır ki, bütün razılaşma məhz vasitəçidən asılı olur və onu prosesin əsas fiquruna çevirir. İsrail və Suriya münasibətləri də ikinci kateqoriyaya aid nümunədir.
Müəllif düşünür ki, Bakı artıq uzun illərdir enerji siyasəti və regional təhlükəsizlikdə çevik strategiyası ilə tanınır. İndi də İsraillə Dəməşq arasında vasitəçi rolunu öz üzərinə götürməyə hazır görünür. Bakı həmçinin İsrail və Türkiyə arasında Suriya ilə bağlı münaqişənin nizamlanması üzrə texniki danışıqlar təşkil edir.
#Yaxın Şərq teqi istifadə olunub
- Hörmüz boğazının açılması Avropa üçün prioritetə çevrilib - Baku TV
- Yaxın Şərqdə hərbi qarşıdurmanın yenidən alovlanması ehtimalı artır - Baku TV CANLI
- Yaxın Şərqdə müharibə an məsələsidir | Vaşinqtonun planı nədir? - Baku TV CANLI
- Yaxın Şərqdə vəziyyət kəskinləşir | ABŞ mümkün təhlükəyə qarşı nə tədbir görür? - Baku TV
- Netanyahudan Tehranla bağlı açıqlama | Yaxın Şərqdə vəziyyət gərginləşir - Baku TV CANLI
