Yaxın Şərqdə kritik an: 16 min zərbə, F35-lərin məhvi | 6 aprelədək nə baş verəcək? - HƏRBİ XRONİKA
Yeniliklərdən dərhal xəbərdar olun
“Hərbi xronika” rubrikasının budəfəki buraxılışında İran–ABŞ–İsrail qarşıdurmasının ikinci ayına keçidi analiz edilib.
Bildirilib ki, qarşıdurma ikinci ayına daha mürəkkəb hərbi mərhələ ilə daxil olub. İlk həftələrdə üstünlük uğrunda aparılan intensiv hava-raket müharibəsi artıq uzunmüddətli strateji toqquşma xarakteri alıb. İranın ballistik raket və dron zərbələrinə cavab olaraq ABŞ–İsrail tandemi hava və raket hücumlarını daha da genişləndirib.
Qeyd olunub ki, hücumların istiqaməti dəyişərək yalnız hərbi bazalarla məhdudlaşmır, artıq hərbi sənaye obyektləri və strateji infrastruktur da əsas hədəflər sırasındadır.
Təhlildə vurğulanıb ki, qarşıdurmanın uzanması tərəflərin silah-sursat ehtiyatlarını ön plana çıxarıb. Xüsusilə “Tomahawk”, THAAD və “Patriot PAC-3” sistemlərinin yüksək sərfiyyatı müharibənin resurs imkanları ilə bağlı sualları artırır.
Ekspertlərə görə, əsas diqqət indi mümkün quru əməliyyatları ehtimalına yönəlib. ABŞ-nin regiona əlavə canlı qüvvə göndərməsi münaqişənin xarakterini dəyişə bilər. Bununla yanaşı, pərdəarxası atəşkəs danışıqları hələ də gərginliyin azalması üçün əsas amil hesab olunur.
#ABŞ-İsrail-İran müharibəsi teqi istifadə olunub
- Vaşinqton və Təl-Əviv Tehran üçün nə hazırlayır? - Baku TV CANLI
- İsrail qırıcıları işə salındı | Dünyaya səs salacaq hücumlar başlayır? - Baku TV
- Trampın hücum qərarı İranın nüvə obyektlərinin taleyini dəyişə bilər - Baku TV
- Pezeşkian İranla bağlı iddialı açıqlamalar verdi, Qəribabadi isə... - Baku TV
- "İran cavab verməyə hazırdır" | Tehran Vaşinqtona hansı mesajı verdi? - Baku TV
