Pezeşkian İranla bağlı iddialı açıqlamalar verdi, Qəribabadi isə... - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
"ABŞ ilə İsrail İranı 48 saat ərzində ələ keçirmək istəyirdi".
Bunu İran Prezidenti Məsud Pezeşkian deyib.
"Bütün çətinliklərə baxmayaraq, bu gün İranı güclü və hörmətli bir ölkə adlandırırlar", – deyə Pezeşkian bildirib.
Andiçmə mərasiminin ildönümü ilə bağlı xalqa müraciətində İran Prezidenti əlavə edib ki, ABŞ-nin bütün səyləri nifaq yaratmağa yönəlib.
İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi isə bildirib ki, ABŞ İslamabad Anlaşma Memorandumunun yerinə yetirilməsi ilə bağlı öhdəliklərinin icrasına hazırdır.
Onun sözlərinə görə, bununla bağlı ABŞ-dən mesajlar alınır, lakin Tehranla Vaşinqton arasında danışıqlar aparılmayıb.
Prosesə Pakistan nümayəndə heyətinin də dəvət olunduğu bildirilib. "Yekun planlar hələ hazırlanmayıb", – deyə Qəribabadi vurğulayıb.
Nazir müavininin fikrincə, razılaşma İran və Oman arasındakı dialoqdan asılıdır. ABŞ ilə danışıqların nəzərdə tutulduğu ikinci mərhələ isə baxılma mərhələsindədir.
Daha əvvəl Ağ Evin Tehrana qarşı sanksiyaları dayandıracağı təqdirdə, İranın Hörmüz boğazının blokadadan çıxarılmasına razılıq verəcəyi ilə xəbər yayılıb.
#Məsud Pezeşkian teqi istifadə olunub
- Tehran iqtisadi mübarizədən, Vaşinqton isə hərbi təhdiddən danışır
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Pezeşkian milyonlarla azərbaycanlının ana dili hüququnu tanıyacaq? - AKTUAL GÜNDƏM
- İran islam ölkələrini birliyə çağırıb, regional təhlükəsizlik və əməkdaşlığın gücləndirilməsini vacib sayır
- Xamenei Qalibafla görüşdü | Zelenskidən Ukrayna barədə gözlənilməz açıqlama - YENİ BİR SƏHƏR
