Yəmənin Azərbaycanda yeni təyin olunmuş səfiri İlham Əliyevin qəbulunda
Yeniliklərdən dərhal xəbərdar olun
Prezident İlham Əliyev dekabrın 3-də Yəmən Respublikasının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Saleh Əhməd Turiqin etimadnaməsini qəbul edib.
Səfir etimadnaməsini dövlət başçısına təqdim edib.
Prezident İlham Əliyev səfirlə söhbət edib.
Dövlət başçısı COP29 zamanı Yəmənin vitse-prezidenti ilə görüşünü xatırladaraq bunun əlaqələrimizin tarixində bu səviyyədə ilk görüş olduğunu qeyd edib və orada müzakirə olunan məsələlərin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb.
Prezident İlham Əliyev ilk növbədə beynəlxalq müstəvidə qarşılıqlı dəstəyin davam etdirilməsinin, iqtisadi sahədə, o cümlədən ticarət, sərmayə qoyuluşu və digər istiqamətlərdə imkanların araşdırılmasının zəruriliyini bildirib.
Səfir COP29-un çox yaxşı səviyyədə təşkili ilə bağlı təbriklərini ifadə edərək vurğulayıb ki, bu tədbir dövlət başçısının müdrik rəhbərliyini bütün dünyaya göstərib, COP29-da iştirak edənlər Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın gücünün, qüdrətinin bir daha şahidi olublar.
Məhəmməd Saleh Əhməd Turiq Azərbaycan ərazilərinin işğaldan azad edilməsi münasibətilə Prezident İlham Əliyevi təbrik edərək, bu yaxınlarda Qarabağa səfərini məmnunluqla xatırlayıb və bundan şərəf duyduğunu deyib.
Səfir dövlət başçısının rəhbərliyi ilə orada aparılan bərpa və quruculuq işlərinin böyük heyranlıq doğurduğunu vurğulayıb, qısa müddətdə şəhərlərin salınmasının, yol-nəqliyyat qovşaqlarının, tunellərin ərsəyə gətirilməsinin Azərbaycan dövlətinin gücünün bir daha təzahürü olduğunu qeyd edib.
#İlham Əliyev teqi istifadə olunub
- Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM
- Mehriban Əliyevanın sosial media hesablarında retrospektiv sərgi ilə bağlı paylaşım edilib - Baku TV
- İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - Baku TV
- Azərbaycan beynəlxalq bazarlara etibarlı enerji təchizatçısı kimi çıxış edir - Baku TV
- İlham Əliyev: "Bir şəhərdə, bir ölkədə bu iki mötəbər qlobal tədbir keçiriləcək" - Baku TV
