Yeni işlərə başlanıldı, Bakı ilə fikir ayrılığı isə... | Ermənistandan açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
Kirantsda Ermənistan və Azərbaycan sərhədçiləri arasında heç bir mübahisə olmayıb.
Bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti erməni mediasının sorğusuna cavab olaraq bildirib.
“Kirants kəndində yolun yeni marşrutu ilə bağlı Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları ilə Azərbaycan sərhədçiləri arasında heç bir mübahisə olmayıb. MTX-də Kirants kəndi ərazisində delimitasiyadan sonra yeni yolun tikintisi ilə bağlı Azərbaycanla fikir ayrılığı barədə məlumat yoxdur”, – məlumatda bildirilib.
Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyindən isə bildirilib ki, delimitasiya işlərindən sonra yeni yolun tikintisinə başlanılıb: “Kirantsdakı körpüdən yan keçən yeni yol Ermənistanın suveren ərazisində inşa edilir”.
Qeyd edək ki, sosial şəbəkələrdə Ermənistan və Azərbaycan sərhədçiləri arasında Kirants kəndində yeni sərhədin tikintisi ilə bağlı dəfələrlə mübahisələrin yarandığı barədə iddialar yayılıb.
#Azərbaycan teqi istifadə olunub
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Hindistan Azərbaycan və Ermənistan arasındakı sülh prosesini alqışladı - Baku TV
- Orta Dəhliz layihəsində Bakı ilə Tbilisi hansı yeni addımları atacaq? - Baku TV
- İki ölkə arasında nə dəyişəcək? | Siyasi yaxınlıq iqtisadi sıçrayışa çevrilə bilərmi? - Baku TV
