Pleyeri seçin:

Yüksək etimadın arxasında dayanan siyasi, hərbi və iqtisadi nəticələr - Baku TV

03 iyul 2026 638 baxış

Son ictimai rəy sorğusu bir daha göstərir ki, Azərbaycanda Prezident İlham Əliyevə olan yüksək etimad təsadüfi emosiyanın yox, illər ərzində formalaşmış siyasi münasibətin nəticəsidir.

Bəs bu etimadın mənbəyi nədir?

Əvvəlcə bir məqama diqqət yetirək. Dünyanın müxtəlif ölkələrində hakimiyyətlərin taleyini çox vaxt iqtisadi göstəricilər, sosial problemlər, yaxud siyasi böhranlar müəyyənləşdirir. Azərbaycan cəmiyyəti üçün isə hər zaman bir məsələ digərlərindən üstün olub: milli maraqların qorunması.

İnsanlar dövlət başçısına ilk növbədə ona görə inanırlar ki, o, Azərbaycanın maraqlarının müdafiəsində geri addım atmır. İllər boyu beynəlxalq təzyiqlər, ikili standartlar, siyasi kampaniyalar fonunda rəsmi Bakının dəyişməyən mövqeyi cəmiyyətdə "dövlət öz prinsipindən geri çəkilmir" düşüncəsini formalaşdırıb. Vətəndaş üçün isə bəzən ən böyük təminat da məhz budur.

Etimadı yaradan ikinci amil isə liderlikdir. Lider təkcə ölkəni idarə edən şəxs deyil. Çətin məqamda məsuliyyəti üzərinə götürən, qərar verməkdən çəkinməyən, dövlətin taleyini şəxsi reytinqindən üstün tutan siyasətçidir.

Etimadın ən mühüm mənbələrindən biri isə şübhəsiz ki, tarixi Zəfərdir. 44 günlük Vətən müharibəsində qazanılan hərbi qələbə ilə Azərbaycan cəmiyyətinin onilliklər ərzində gözlədiyi ən böyük milli hədəf reallaşdı. Ardınca lokal antiterror tədbirləri ilə ölkənin tam suverenliyi təmin edildi. Qarabağ və Şərqi Zəngəzur artıq bərpa və inkişaf mərhələsinə qədəm qoyub.

Dövlət üçün bu, siyasi nəticə, xalq üçün isə ədalətin bərpasıdır. Amma etimad yalnız müharibə ilə qazanılmır. İnsanlar gündəlik həyatlarında da bu uğurun nəticəsini görmək istəyirlər.

Son illərdə iqtisadiyyatın gücləndirilməsi, infrastruktur layihələri, sosial proqramlar, enerji və nəqliyyat strategiyası Azərbaycanın imkanlarını əhəmiyyətli dərəcədə artırıb. Bu gün ölkəmiz yalnız özünü təmin etmir, həm də regionun enerji, logistika və kommunikasiya xəritəsini müəyyənləşdirən əsas aktorlardan birinə çevrilib.

Əlbəttə, bütün bunlar ayrı-ayrı uğurlar kimi görünə bilər. Amma vətəndaş bunların hamısını birlikdə qiymətləndirir. Xalq üçün əsas suallar isə bunlardır: dövlət güclənirmi, təhlükəsizlik təmin olunurmu, milli maraqlar qorunurmu?

Sorğuda ortaya çıxan rəqəmlər də məhz bu sualların cavabıdır. 87,7 faiz etimad, 93,6 faiz görülən işlərin müsbət qiymətləndirilməsi və 81,9 faiz alternativsiz lider göstəricisi, sadəcə, statistik nəticə deyil. Bu rəqəmlər son iyirmi ildən artıq dövrdə formalaşan dövlət-vətəndaş münasibətlərinin göstəricisidir.

Banner
Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Siyasət
28 oktyabr 2026 638 baxış
Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Siyasət
28 oktyabr 2026 638 baxış
İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

Siyasət
28 oktyabr 2026 638 baxış
Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Siyasət
28 oktyabr 2026 638 baxış
Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Siyasət
28 oktyabr 2026 638 baxış
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Siyasət
28 oktyabr 2026 638 baxış
Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Siyasət
28 oktyabr 2026 638 baxış
Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Siyasət
28 oktyabr 2026 638 baxış
Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Siyasət
28 oktyabr 2026 638 baxış
Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Siyasət
28 oktyabr 2026 638 baxış
Seçilmişlər
icon