Pleyeri seçin:

Yuxuda gördüyünə abidə qoyub tarix yaradan erməninin sərsəm əməli - Qərbi Azərbaycan Xronikası

24 oktyabr 2023 507 baxış

“Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində “Yuxuda gördüyünə abidə qoyub, tarix yaradan erməninin sərsəm əməli” adlı veriliş efirə gedib.

Verilişdə ermənistanlı etnoqraf alim, yazıçı Lusine Xaratyanın Göyçə mahalının Basarkeçər rayonunun 1988-ci ildən erməniləşdirmə siyasətinin qurbanı olması, bu ərazilərə ermənilərin köçürülməsi, yer adlarının dəyişdirilməsi ilə bağlı elmi məqaləsindən söhbət açılır.

O, yazısında ermənilərin Ermənistanda yerləşdirilməsi və müxtəlif yerlərdən gəldikləri üçün bir-birinə yad olması, yerli xalq olan azərbaycanlıların tarixini, abidəsini mənimsəmə prosesini Göyçə mahalının Basarkeçər (Vardenis) rayonunun timsalında təhlil edir, ermənilərin köçürülmə mərhələlərinə nəzər yetirərək onun kulturoloji əngəllər yaratdığını aydın şəkildə nəzərə çatdırır.

Bildirilir ki, L.Xaratyan ermənilərin yaddaş dalanında qaldığına görə bəşəri dəyərlərə qovuşa bilmədiyini, intiqam, qisas və münaqişə ruhunda yaşadığını qeyd edir, Basarkeçərdə olan azərbaycanlıların qəbirlərinə, abidələrinə olan münasibətdə erməni qisasçılığını, saxtalaşdırma, evləri, kənd adlarını “erməniləşdirən” qaçqınların qəbirlərə olan münasibətini ifşa edir:

“Ən parlaq nümunə kənd qəbiristanlıqlarıdır. Əvvəllər yalnız azərbaycanlıların yaşadığı o kəndlərdə erməni qaçqınları gələnə qədər ancaq azərbaycanlı qəbiristanlığı var idi. Köçürüldükdən və yeni yerdə ilk ölümlərdən sonra ermənilər öz qəbiristanlıqlarını qurdular.

Adətən hər iki qəbiristanlıq kəndin kənarında yerləşir və çox vaxt erməni qəbiristanlığı Azərbaycan qəbiristanlığı ilə kənarda üzbəüz salınır. Əvvəlcə dəfnlər xaotik şəkildə aparılsa da, get-gedə nizamlı bir erməni qəbiristanlığı təşkil edildi”.

Banner
İlham Əliyev Qazaxıstan Respublikasının Prezidentinə təbrik məktubu ünvanlayıb - Baku TV

İlham Əliyev Qazaxıstan Respublikasının Prezidentinə təbrik məktubu ünvanlayıb - Baku TV

Siyasət
25 oktyabr 2026 507 baxış
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda keçirilən U-15 festivalında iştirak edib

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda keçirilən U-15 festivalında iştirak edib

Siyasət
25 oktyabr 2026 507 baxış
İlham Əliyev və ailə üzvləri FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyiblər - Baku TV

İlham Əliyev və ailə üzvləri FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyiblər - Baku TV

Siyasət
25 oktyabr 2026 507 baxış
İlham Əliyev və birinci xanım dünya çempionatının və festivalının açılış mərasimində iştirak ediblər

İlham Əliyev və birinci xanım dünya çempionatının və festivalının açılış mərasimində iştirak ediblər

Siyasət
24 oktyabr 2026 507 baxış
Bakıda keçirilən görüşdə iki ölkə arasında hansı məsələlər müzakirə olunub? - Baku TV CANLI

Bakıda keçirilən görüşdə iki ölkə arasında hansı məsələlər müzakirə olunub? - Baku TV CANLI

Siyasət
24 oktyabr 2026 507 baxış
Təzyiqlərə qarşı ortaq mövqe

Təzyiqlərə qarşı ortaq mövqe

Siyasət
24 oktyabr 2026 507 baxış
“Arzuları ürəklərində qalacaq!” | Rəşad Bayramov Bakı-Ankara əlaqələri barədə nə danışdı? - Baku TV

“Arzuları ürəklərində qalacaq!” | Rəşad Bayramov Bakı-Ankara əlaqələri barədə nə danışdı? - Baku TV

Siyasət
24 oktyabr 2026 507 baxış
Bu ölkədə dəhşətli terror hücumu yaşandı | Azərbaycan XİN-dən reaksiya - Baku TV CANLI

Bu ölkədə dəhşətli terror hücumu yaşandı | Azərbaycan XİN-dən reaksiya - Baku TV CANLI

Siyasət
24 oktyabr 2026 507 baxış
Babişin Azərbaycana təklif etdiyi təyyarələri İrəvan niyə alır? - HƏRBİ XRONİKA

Babişin Azərbaycana təklif etdiyi təyyarələri İrəvan niyə alır? - HƏRBİ XRONİKA

Siyasət
24 oktyabr 2026 507 baxış
Sovet hakimiyyətinin elanından sonra Bəriabadın taleyi necə dəyişdi? - Baku TV

Sovet hakimiyyətinin elanından sonra Bəriabadın taleyi necə dəyişdi? - Baku TV

Siyasət
24 oktyabr 2026 507 baxış
Seçilmişlər
icon