Zakir Həsənov və Yaşar Gülerin müzakirə etdiyi mühüm məsələlər
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin milli müdafiə naziri Yaşar Güler Azərbaycanın müdafiə naziri Zakir Həsənova zəng edib.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Yaşar Güler antiterror tədbirlərinin uğurla başa çatması münasibətilə Azərbaycanın müdafiə nazirini təbrik edib, Türkiyənin hər zaman olduğu kimi, bu gün də Azərbaycanın yanında olduğunu qeyd edib.
Türkiyə milli müdafiə naziri şəhid olan hərbi qulluqçularımıza rəhmət diləyib, onların ailələrinə dərin hüznlə başsağlığı verib və bütün yaralılara Allahdan şəfa diləyib.
Zakir Həsənov Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı qısa müddət ərzində bütün istiqamətlər üzrə əldə edilən hərbi uğurlardan danışıb.
Müdafiə naziri antiterror tədbirləri zamanı hərbçilərimizin qəhrəmanlıq, şücaət və peşəkarlığının Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən yüksək qiymətləndirildiyini xüsusi vurğulayıb.
#Azərbaycan teqi istifadə olunub
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Hindistan Azərbaycan və Ermənistan arasındakı sülh prosesini alqışladı - Baku TV
- Orta Dəhliz layihəsində Bakı ilə Tbilisi hansı yeni addımları atacaq? - Baku TV
- İki ölkə arasında nə dəyişəcək? | Siyasi yaxınlıq iqtisadi sıçrayışa çevrilə bilərmi? - Baku TV
