Zaxarova Aİ ekspertlərini tənqid etdi
Yeniliklərdən dərhal xəbərdar olun
“Avropa İttifaqı ekspertlərinin Ermənistan-Azərbaycan şərti sərhədindəki fəaliyyəti şübhəli və əsassızdır”.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
Onun sözlərinə görə, Avropa İttifaqının müşahidə missiyası bölgədə təhlükəsizliyi, Rusiyanın vasitəçiliyi ilə əldə olunan atəşkəsə riayət edilməsini təmin edə bilmir. O, Avropa İttifaqı nümayəndələrinin əvvəldən son dərəcə qeyri-şəffaf davrandıqlarını vurğulayıb.
Mariya Zaxarova bildirib ki, Avropa İttifaqının Ermənistan ərazisində mövcudluğu Brüsselin ciddi təzyiqi ilə məcburi şəkildə həyata keçirilib. Məqsədinin Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasına yardım etmək olduğu deyilən missiyanın fəaliyyətə başlaması birtərəfli qaydada, qeyri-konsensual əsasda, Azərbaycan tərəfinin və digər regional oyunçuların razılığı olmadan və müvafiq hesabat verilmədən həyata keçirilib.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi qeyd edib ki, bu, yalnız Avropa İttifaqının regiondakı siyasətinin əsl fonunu təsdiqləyir, Cənubi Qafqazda yaşayan insanların köklü maraqlarına ziyan vurmaqla regionu geosiyasi qarşıdurma meydanına çevirməyə xidmət edir.
#Rusiya teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV
- Putin Avropanın ən böyük problemini nədə görür? - Baku TV CANLI
