Zaxarova Ermənistan-Azərbaycan münasibətlərindən danışdı
Yeniliklərdən dərhal xəbərdar olun
“Regionda sabitliyə aparan yol Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişindən keçir”.
Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə “News.ru”nun sualını cavablandırarkən deyib.
“Biz dəfələrlə hər istiqamətdə Azərbaycan və Ermənistan arasında sülhü dəstəklədiyimizi və əlimizdən gələni etməyə hazır olduğumuzu bildirmişik. Vladimir Putin Azərbaycana səfəri bitdikdən sonra Ermənistanın Baş naziri Nikol Paşinyanla əlaqə saxlayıb və bir daha münasibətlərin stabilləşdirilməsinin vacibliyi barədə danışacağını dilə gətirib”, – Rusiya XİN-in sözçüsü qeyd edib.
M.Zaxarova bildirib ki, rəsmi Moskva 2020-2022-ci illər ərzində əldə olunmuş üçtərəfli razılaşmaların şərtlərinə əməl edilməsi üçün bundan sonra da əlindən gələni əsirgəməyəcək: “Sözügedən üçtərəfli bəyannaməyə delimitasiya, demarkasiya, telekommunikasiya xətlərinin bərpası daxildir”.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
