Zaxarova: Ermənistanın bütün bədbəxtliyində Rusiya günahkar deyil
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistan rəhbərliyinin Rusiyanın bəzi ictimai-siyasi xadimlərini ölkəyə buraxmaması ölkələr arasında qarşılıqlı əlaqələrə ziyan vurur.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova İrəvanda keçirilən “Rusiya-Ermənistan media forumu”nun iştirakçılarına ünvanladığı müraciətdə bildirib.
Zaxarova qeyd edib ki, Ermənistanın üzləşdiyi bütün bəlalara görə Rusiyanı ittiham etməklə iki ölkə xalqları arasında düşmənçilik və nifrət yaratmaq cəhdləri qəbuledilməzdir.
“Son vaxtlar Ermənistanın informasiya məkanında Rusiya və Rusiya-Ermənistan münasibətləri ilə bağlı birtərəfli, neqativ, sadəcə həqiqətə uyğun olmayan məlumatların yayılmasına dair aşkar tendensiya nə sizi, nə də bizi qane edə bilər. Bu, ənənəvi dostluq əlaqələrinin xarakteri ilə ziddiyyət təşkil edir.
Gəlin bütün problemlər haqqında açıq danışaq. Rusiya və Ermənistan arasında nifrətin və düşmənçiliyin yaradılması qəbuledilməzdir. Ermənistan xalqının bütün bədbəxtçiliyində Rusiyanı günahkar hesab etmək düzgün deyil. Ən pisi isə Dövlət Dumasının Avrasiyaya inteqrasiya və həmvətənlərlə əlaqələr üzrə komitə sədrinin birinci müavini Konstantin Zatulin və bir sıra ictimai xadimlərin bu siyahıya daxil edilməsidir. Bu, ikitərəfli münasibətlərə mənfi təsir göstərən xoşagəlməz presedentdir”, – deyə Zaxarova bildirib.
Qeyd edək ki, İrəvanda 6-8 sentyabr tarixlərində birinci “Rusiya-Ermənistan media forumu” keçirilir.
#Rusiya teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV
- Putin Avropanın ən böyük problemini nədə görür? - Baku TV CANLI
