Zaxarova İrəvanın ittihamlarına cavab verdi
Yeniliklərdən dərhal xəbərdar olun
Rəsmi Moskva fevralın 12-də Ermənistan-Azərbaycan sərhədində baş vermiş insidentlə bağlı Rusiyanı ittiham edən Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın fikirlərinə etiraz edir.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə "News.ru"nun sualını cavablandırarkən bildirib.
Zaxarova bildirib ki, Rusiya XİN Ermənistanın bu ölkənin nümayəndələrini ləkələmək cəhdlərini səmərəsiz hesab edir.
“Biz belə bəyanatları son dərəcə mənfi qiymətləndiririk. İlk dəfə deyil ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi faktları təhrif edir. Məncə, o, Qərb ölkələrində kiməsə xoş görünmək və ya ola bilsin, sadəcə Rusiyanı tənqid etməyə bəhanə tapdığı üçün bunu edir. Nerkin And kəndi ərazisində rusiyalı hərbçi yoxdur. Orada erməni tərəfi ilə razılaşmaya əsasən, 2021-ci ildə Rusiya Federal təhlükəsizlik xidmətinin sərhəd qoşunlarının postu yaradılıb. Ancaq biz bilirik ki, hazırda Ermənistanda sərhədyanı bölgələrdə təxribatların yaranmasına imkan verməmək barədə əmrin pozulması ilə bağlı araşdırma aparılır”, – deyə o əlavə edib.
#Azərbaycan teqi istifadə olunub
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Hindistan Azərbaycan və Ermənistan arasındakı sülh prosesini alqışladı - Baku TV
- Orta Dəhliz layihəsində Bakı ilə Tbilisi hansı yeni addımları atacaq? - Baku TV
- İki ölkə arasında nə dəyişəcək? | Siyasi yaxınlıq iqtisadi sıçrayışa çevrilə bilərmi? - Baku TV
