Pleyeri seçin:

Zaxarova onlara od püskürdü | Sizdən fərqli olaraq, Azərbaycanın media nümayəndələri...

31 yanvar 2025 186 baxış

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova erməni jurnalistlərin ünvanına kəskin fikirlər səsləndirib.

Mətbuat katibinin keçirdiyi ənənəvi brifinqdə ona erməni jurnalist suallar ünvanlayıb. Jurnalistin təxribat xarakterli sualları Rusiya-Azərbaycan münasibətlərində müşahidə olunan gərginlik, səfirlərin qarşılıqlı olaraq xarici işlər nazirliklərinə çağırılması guya Azərbaycanda anti-Rusiya siyasətinin aparılması ilə bağlı olub. Absurd sualları eşidən Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü jurnalisti sərt ifadələrlə susdurub.

“Yəni siz başa düşmürsünüz ki, Ermənistan KİV nümayəndəsinin dilindən Rusiyanın Azərbaycandakı səfirinin və ya Azərbaycanın Rusiyadakı səfirinin Nazirliyə çağırılması, Rusiya-Azərbaycan ikitərəfli gündəliyə aid məsələnin səslənməsi absurd görünür? Düşünürdüm ki, siz məndən Davosda səslənən “erməni soyqırımı” bəyanatı haqqında soruşacaqsınız. Ermənistan mediasının nümayəndəsi bizim Azərbaycanla ikitərəfli münasibətlərimizi necə qurmağımız, iki ölkənin mövcud problemləri necə həll etməsi, münasibətləri necə inkişaf etdirməyimiz, münasibətlərdəki çətinliklərin qarşısını necə almağımıza dair sual verə bilməz. Bu, absurddur.

Niyə Ermənistan KİV nümayəndələri istisnasız olaraq Rusiya nümayəndəsinə Rusiya-Ermənistan münasibətləri barədə deyil, başqa ölkə ilə ikitərəfli münasibətlər haqqında suallar verir? Diqqətinizə çatdırım ki, Azərbaycan media nümayəndələri belə etmir. Əmin olmaq üçün bizim ötən brifinqlərimizə baxa bilərsiniz. Azərbaycan KİV-lərinin sualları ikitərəfli gündəliyimizlə bağlı olub. Əlbəttə ki, həm də Bakı-İrəvan münasibətlərinin normallaşması prosesinə aid suallar olub”, – deyə M.Zaxarova bildirib.

Onu da qeyd edək ki, yaranan gərginliyə baxmayaraq, M.Zaxarova məlum sualla bağlı bir neçə gün əvvəl Rusiya XİN-in yaydığı məlumatı təkrarlayıb. 

Banner
Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Siyasət
28 oktyabr 2026 186 baxış
Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Siyasət
28 oktyabr 2026 186 baxış
İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

Siyasət
28 oktyabr 2026 186 baxış
Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Siyasət
28 oktyabr 2026 186 baxış
Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Siyasət
28 oktyabr 2026 186 baxış
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Siyasət
28 oktyabr 2026 186 baxış
Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Siyasət
28 oktyabr 2026 186 baxış
Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Siyasət
28 oktyabr 2026 186 baxış
Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Siyasət
28 oktyabr 2026 186 baxış
Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Siyasət
28 oktyabr 2026 186 baxış
Seçilmişlər
icon