Zaxarova Qərbi vəziyyəti gərginləşdirməkdə günahlandırdı
Yeniliklərdən dərhal xəbərdar olun
“Rusiya deyil, Avropa İttifaqı Ermənistana xəyanət edib”.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
Onun sözlərinə görə, Brüssel atəşkəsi təşviq etmək və humanitar yardım göstərmək barədə düşünməyib: “Rusiya Qarabağda atəşkəsin əldə edilməsinə, humanitar yardımın göstərilməsinə nail olub. Avropa İttifaqı isə bütün bunlara səssizcə, kənardan baxıb”.
M.Zaxarova Aİ-nin Ermənistan vətəndaşlarını qızışdırmaq və onlara Rusiya tərəfindən xəyanət etdikləri barədə yalan danışdığını söyləyib.
Bildirib ki, Moskvanın vasitəçiliyi ilə əldə olunan razılaşmaları icra etməkdən İrəvanı məhz Avropa İttifaqı çəkindirib: “Ermənilərə xəyanət edən də məhz Aİ olub”.
Rusiya XİN sözçüsü vurğulayıb ki, Aİ-nin Ermənistandakı missiyası heç bir sabitlik və ya gərginliyin azalmasını təmin etmir.
“Əsas vəzifə Ermənistanın təhlükəsizliyini təmin etmək və Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasına yardım etmək deyil, Brüsselin maraqlarına uyğun kəşfiyyatın monitorinqini aparmaq və vəziyyəti gərginləşdirməkdir. Onlar əvvəlcə Ermənistana nəsihətlər və vədlər verməklə məşğul olublar, sadəcə olaraq rəsmi İrəvanı özlərinin növbəti tələsinə salıblar, sonra isə vəziyyətin necə inkişaf etdiyinə səssiz şahidlik ediblər”, – deyə M.Zaxarova qeyd edib.
#Mariya Zaxarova teqi istifadə olunub
- Rusiya rəsmisi erməni gənclərə ortaq tarixi unutmamaq çağırışı etdi - Baku TV CANLI
- Jurnalistlərin bəyanatı Moskvanın mövqeyini əsk etdirmir | Mariya Zaxarova - Baku TV
- Zaxarovadan Ankara və Vaşinqtona Ukraynayaya görə xəbərdarlıq - Baku TV
- Rəsmi Bakı Moskvaya etirazını bildirdi | Ayxan Hacızadədən “Baku TV”yə açıqlama - Baku TV
- “Bu cür mövzular Azərbaycanla əlaqəli şərh edilməməlidir" | Ayxan Hacızadə - Baku TV CANLI
