Zaxarova: "Sülh prosesi BMT-nin qərarı əsasında dəstəklənə bilər"
Yeniliklərdən dərhal xəbərdar olun
“Azərbaycan və Ermənistan arasında sülh prosesi Birləşmiş Millətlər Təşkilatının qərarı əsasında dəstəklənə bilər, lakin bunun üçün hər 2 tərəfin razılığı lazımdır”.
Bunu iyunun 28-də keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Əgər əlavə nəyəsə ehtiyac olarsa, təbii ki, həyat yerində dayanmır və vəziyyət inkişaf edir, o zaman bu prosesi, məsələn, BMT-nin qərarı əsasında dəstəkləmək barədə düşünmək olar. Bunun üçün həm İrəvan, həm də Bakının razılığı lazımdır”, – deyə diplomat bəyan edib.
Qərbin vasitəçilik səylərinə diqqət yetirən Rusiya XİN-in rəsmisi qeyd edib ki, bütün bunlar gündəmi yenidən formatlaşdırmaq və ələ keçirmək üçün Moskva ilə müəyyən qısqanc rəqabətin olması təəssüratını yaradır.
“Cənubi Qafqaza sülh gətirmək cəhdləri yalnız anti-Rusiya meyilli olmadıqda və bizim səylərimizlə rəqabət aparmadıqda mümkün ola bilər”, – deyə M.Zaxarova əlavə edib.
#Mariya Zaxarova teqi istifadə olunub
- Rusiya rəsmisi erməni gənclərə ortaq tarixi unutmamaq çağırışı etdi - Baku TV CANLI
- Jurnalistlərin bəyanatı Moskvanın mövqeyini əsk etdirmir | Mariya Zaxarova - Baku TV
- Zaxarovadan Ankara və Vaşinqtona Ukraynayaya görə xəbərdarlıq - Baku TV
- Rəsmi Bakı Moskvaya etirazını bildirdi | Ayxan Hacızadədən “Baku TV”yə açıqlama - Baku TV
- “Bu cür mövzular Azərbaycanla əlaqəli şərh edilməməlidir" | Ayxan Hacızadə - Baku TV CANLI
