Zaxarovadan Azərbaycan və Ermənistana təcili çağırış
Yeniliklərdən dərhal xəbərdar olun
“Diqqətinizə çatdırmaq istərdim ki, biz “Zəngəzur dəhlizi” ifadəsini işlətmirik”.
Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova martın 27-də keçirdiyi brifinqdə deyib.
“Söhbət Azərbaycanın qərb rayonlarını Ermənistanın Sünik rayonu ərazisindən keçməklə Naxçıvanla birləşdirən marşrutdan gedir. Kompromisləri inkişaf etdirmək üçün yaxşı qurulmuş mexanizm var. Bu, Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərindən ibarət üçtərəfli işçi qrupudur.
2023-cü il iyunun 2-də keçirilən son iclasında tərəflər regionda nəqliyyat və iqtisadi yolların blokadadan çıxarılması üçün hərtərəfli, qarşılıqlı faydalı qərar qəbul etməyə yaxın idilər. Biz tərəfdaşlarımızı siyasi iradə nümayiş etdirməyə və üçtərəfli işçi qrup da daxil olmaqla yaradılmış üçtərəfli formatlar arasında qarşılıqlı fəaliyyəti bərpa etməyə çağırırıq”, – o bildirib.
#Mariya Zaxarova teqi istifadə olunub
- Rusiya rəsmisi erməni gənclərə ortaq tarixi unutmamaq çağırışı etdi - Baku TV CANLI
- Jurnalistlərin bəyanatı Moskvanın mövqeyini əsk etdirmir | Mariya Zaxarova - Baku TV
- Zaxarovadan Ankara və Vaşinqtona Ukraynayaya görə xəbərdarlıq - Baku TV
- Rəsmi Bakı Moskvaya etirazını bildirdi | Ayxan Hacızadədən “Baku TV”yə açıqlama - Baku TV
- “Bu cür mövzular Azərbaycanla əlaqəli şərh edilməməlidir" | Ayxan Hacızadə - Baku TV CANLI
