Zaxarovadan Cənubi Qafqazla bağlı açıqlamalar
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında əldə olunan razılaşmalar Cənubi Qafqazda təhlükəsizliyin və sabitliyin təmin edilməsində əsas amil olaraq qalır.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib. “Onların hərtərəfli həyata keçirilməsi, o cümlədən nəqliyyat blokadasının açılması, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası, eləcə də sülh müqaviləsinin hazırlanması üzrə danışıqlar regionda vəziyyətin yaxşılaşdırılması üçün birbaşa yoldur. Rusiya buna hər cür töhfə verməyə hazırdır”, - deyə o bildirib.
Avropa İttifaqının Ermənistandakı mülki missiyası məsələsinə də toxunan M.Zaxarova bildirib ki, Moskva bunu Rusiyanı regiondan sıxışdırmaq cəhdi kimi qiymətləndirir. “Avropa İttifaqının və bütövlükdə Qərbin Ermənistanda hər hansı vasitə ilə möhkəmlənmək istəyini ilk dəfə müşahidə etmirik. Rusiyanı regiondan sıxışdırıb çıxarmaq və təhlükəsizliyin əsas qarantı kimi tarixi rolunu zəiflətmək üçün hər şey edilir”, - deyə diplomat bildirib.
#Rusiya teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV
- Putin Avropanın ən böyük problemini nədə görür? - Baku TV CANLI
