Zaxarovadan erməni jurnalistə sərt cavab | Niyə başqa dövlətin nümayəndəsinə…
Yeniliklərdən dərhal xəbərdar olun
“Rusiya Azərbaycanın Qarabağ ermənilərinin reinteqrasiyası planı ilə tanışdır”.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Qarabağı könüllü olaraq tərk etmiş ermənilərin geri qayıtması məsələsini şərh edərkən deyib.
“Erməni tərəfinin bununla bağlı hər hansı ətraflı proqramı varmı? Əgər olsaydı, şərh edərdim. Niyə başqa dövlətin nümayəndəsindən bu məsələni necə gördüyümüzü soruşursunuz? Biz tərəfləri bu problemi həll etməyə təşviq edirik, lakin başa düşdüyünüz kimi, əldə edilmiş razılaşmaları həyata keçirmədən bunu etmək kifayət qədər çətindir. Azərbaycan, Rusiya və Ermənistan arasında 2020-ci ildə və daha sonra əldə edilmiş üçtərəfli razılaşmaları əsas götürür. Bu razılaşmalar hələ də Azərbaycan - Ermənistan barışığının əsasını təşkil edir”, – o bildirib.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova vurğulayıb ki, Ermənistan - Azərbaycan münasibətlərinin normallaşması Rusiya Prezidentinin Azərbaycana son dövlət səfəri zamanı da ətraflı müzakirə olunub.
#Mariya Zaxarova teqi istifadə olunub
- Rusiya rəsmisi erməni gənclərə ortaq tarixi unutmamaq çağırışı etdi - Baku TV CANLI
- Jurnalistlərin bəyanatı Moskvanın mövqeyini əsk etdirmir | Mariya Zaxarova - Baku TV
- Zaxarovadan Ankara və Vaşinqtona Ukraynayaya görə xəbərdarlıq - Baku TV
- Rəsmi Bakı Moskvaya etirazını bildirdi | Ayxan Hacızadədən “Baku TV”yə açıqlama - Baku TV
- “Bu cür mövzular Azərbaycanla əlaqəli şərh edilməməlidir" | Ayxan Hacızadə - Baku TV CANLI
