Zelenski Gürcüstandakı etirazçılara təşəkkür etdi
Yeniliklərdən dərhal xəbərdar olun
“Bütün ukraynalılar Tbilisidəki kütləvi etirazlar fonunda Gürcüstana demokratik uğurlar və Avropaya inteqrasiya məsələsində irəliləyiş arzulayırlar”. Bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
“Bu günlərdə Gürcüstanın meydanlarında və küçələrində Ukrayna bayraqlarını tutan hər kəsə təşəkkür etmək istəyirəm. Tbilisidə səslənən Dövlət Himnimizə görə təşəkkür etmək istəyirəm. Bu, Ukraynaya hörmətdir və Gürcüstana səmimi hörmətimi ifadə etmək istəyirəm. Elə bir ukraynalı yoxdur ki, dost Gürcüstanımıza uğurlar, demokratik uğurlar, Avropa uğurları arzulamaq istəməsin”, - deyə V.Zelenski bildirib.
O əlavə edib ki, Gürcüstan, Moldova və Ukrayna Avropa İttifaqının bir hissəsi olmaq istəyir və bu, mütləq baş verəcək, çünki Avropanın bütün azad xalqları Avropaya inteqrasiyaya layiqdirlər.
#Gürcüstan teqi istifadə olunub
- "Hamısı qaçır!" | Tbilisidə meyiti tapılan Aysunun ailəsi fəryad etdi | “Açarı dəyişib giriblər evə”
- Orta Dəhliz layihəsində Bakı ilə Tbilisi hansı yeni addımları atacaq? - Baku TV
- Yeni yük marşrutları Azərbaycanın mövqeyinə necə təsir edəcək - Baku TV
- Üçtərəfli əməkdaşlıq hansı sahələri əhatə edəcək? - Baku TV
- Gürcü kilsəsinin ritorikası Bakı-Tbilisi münasibətlərinə təsir edəcək? - AKTUAL GÜNDƏM
