Zelenskidən Azərbaycan şirkətinin vurulması ilə bağlı mühüm açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
Ukrayna Prezidenti Volodimir Zelenski Odessa şəhərində Azərbaycana məxsus enerji obyektinə edilən hücumun Rusiya tərəfindən məqsədli şəkildə həyata keçirildiyini deyib.
Bu barədə o özünün sosial media hesabında yazıb.
“Rusiya tərəfindən Odessada Azərbaycan şirkətinə məxsus enerji obyektinə qəsdən hücum olub. Bu bizim münasibətlərimizə və enerji müstəqilliyimizə hücumdur”, – deyə V.Zelenski qeyd edib.
Ukrayna lideri Rusiyanın məqsədyönlü olaraq mülki şəxsləri və infrastrukturu hədəf aldığını bildirib. V.Zelenski müharibənin dayanmalı olduğunu və bunun üçün Rusiyanın addım atmalı olduğunu vurğulayıb.
Xatırladaq ki, Rusiya Silahlı Qüvvələri Odessada Azərbaycan şirkətinə aid enerji obyektini vurub. Xarici medianın məlumatında Rusiyanın “Şahed” PUA-ları vasitəsilə Odessada yerləşən terminala hücum etdiyi bildirilib.
Qeyd edək ki, Rusiya avqustun 8-də də Odessa vilayətində Azərbaycan şirkətinə aid neft bazasına hücum etmişdi.
#Ukrayna teqi istifadə olunub
- Ukrayna HHM sistemlərinin verilməsi yubanır
- Ukraynada "Starlink" problemi həll olundu | Sürət əvvəlki səviyyəyə çatdı - Baku TV
- Zelenski mövcud vəziyyətdən narahatlığını ifadə edib
- Zelenskidən üçtərəfli görüşlə bağlı açıqlama
- Finlandiya baş nazirindən Ukraynaya qəfil səfər | İki ölkə arasında 7 saziş imzalanıb - Baku TV
