Pleyeri seçin:

Bu yolla bioloji silahlar hazırlana bilər | Riskli süni zəka

08 fevral 2025 801 baxış

“Meta”nın qurucusu Mark Zukerberq əvvəllər insan səviyyəsində olan süni zəka yaradacağını və onu hamının istifadəsinə açıq edəcəyini vəd edib. Lakin indi şirkətin siyasətini müəyyən edən əsas sənədlərdən birində bu cür qabaqcıl süni zəka sistemlərinin buraxılmasının ləğv edilə biləcəyi hallar açıqlanıb.

“Frontier AI Framework” adlı bu sənəddə “Meta” 2 növ süni zəka sistemini çox riskli hesab edir və onları istifadəyə verməməyi nəzərdə tutur. Bunlar yüksək riskli və kritik riskli sistemlərdir. Bu sistemlər potensial kibercinayətkarlara kibertəhlükəsizlik tədbirlərini aşmağa, kimyəvi və bioloji hücumlar həyata keçirməyə kömək edə bilər.

Fərq ondadır ki, kritik riskli sistemlər “geri qaytarılması mümkün olmayan və katastrofik nəticələrə səbəb ola biləcək” süni zəka modelləridir. Yüksək riskli sistemlər isə hakerlərə və digər cinayətkarlara müəyyən hücumları asanlaşdırsa da, kritik riskli sistemlərdən daha az təhlükəli hesab olunur.

“Meta” bu cür süni zəkanın yarada biləcəyi potensial hücumlara bir neçə hipotetik nümunə gətirir. Bunlar arasında “tam avtomatlaşdırılmış şəkildə qabaqcıl təhlükəsizlik sistemləri ilə qorunan korporativ mühitin sındırılması” və “son dərəcə effektiv bioloji silahın yaradılması, yayılması” var. Buna görə də şirkət sənədi süni zəka sənayesinin inkişafına uyğun olaraq yeniləməyi planlaşdırır.

Banner
Simsiz mikroskop siçanların beynində neyronların fəaliyyətini qeydə alacaq

Simsiz mikroskop siçanların beynində neyronların fəaliyyətini qeydə alacaq

Texnologiya
22 oktyabr 2026 801 baxış
İnkişaf edən süni intellekt gələcəkdə ən təhlükəli kiber hücum vasitəsi hesab olunur

İnkişaf edən süni intellekt gələcəkdə ən təhlükəli kiber hücum vasitəsi hesab olunur

Texnologiya
20 oktyabr 2026 801 baxış
Yeni süni intellekt çipi məlumat emalı imkanlarını 40 faiz artıracaq

Yeni süni intellekt çipi məlumat emalı imkanlarını 40 faiz artıracaq

Texnologiya
14 oktyabr 2026 801 baxış
Smartfonlarda bu funksiya niyə hələ də vacibdir?

Smartfonlarda bu funksiya niyə hələ də vacibdir?

Texnologiya
11 oktyabr 2026 801 baxış
Robot əl incə və mürəkkəb hərəkətləri yerinə yetirə bilir

Robot əl incə və mürəkkəb hərəkətləri yerinə yetirə bilir

Texnologiya
08 oktyabr 2026 801 baxış
Çin şirkəti iki süni intellekt modelində yaranan problemi araşdırmağa başlayıb

Çin şirkəti iki süni intellekt modelində yaranan problemi araşdırmağa başlayıb

Texnologiya
02 oktyabr 2026 801 baxış
Yeni texnologiyaların cinayətkarlıqda istifadəsi təhlükəli həddə çatır

Yeni texnologiyaların cinayətkarlıqda istifadəsi təhlükəli həddə çatır

Texnologiya
02 oktyabr 2026 801 baxış
Süni intellektdən istifadə aldığımız məlumatların müxtəlifliyinə necə təsir edə bilər?

Süni intellektdən istifadə aldığımız məlumatların müxtəlifliyinə necə təsir edə bilər?

Texnologiya
30 sentyabr 2026 801 baxış
Mütəxəssislər avtonom süni intellekt sistemlərinin risklərinə diqqət çəkirlər

Mütəxəssislər avtonom süni intellekt sistemlərinin risklərinə diqqət çəkirlər

Texnologiya
29 sentyabr 2026 801 baxış
Süni intellekt mövcud olmayan normaları həqiqət kimi təqdim edib

Süni intellekt mövcud olmayan normaları həqiqət kimi təqdim edib

Texnologiya
23 sentyabr 2026 801 baxış
Seçilmişlər
icon