Pleyeri seçin:

“Facebook” link paylaşımına ödəniş tətbiqini sınaqdan keçirir

19 dekabr 2025 1027 baxış

“Facebook” istifadəçilərin link paylaşımı üçün ödəniş tətbiqini sınaqdan keçirir ki, bu da media qurumları üçün növbəti zərbə ola bilər.

“The Guardian” nəşrinin məlumatına görə, “Facebook”un sahibi olan “Meta” məhdud test çərçivəsində ödənişsiz istifadəçilərin ayda cəmi iki xarici link paylaşmasına icazə verən yeni sistemi sınaqdan keçirir.

Məlumata əsasən, “Meta Verified” abunəliyi olmayan istifadəçilər üçün link paylaşımına limit qoyulub. Test əsasən “Professional Mode”da olan bəzi istifadəçi profilləri və səhifələrini əhatə edir.

Media qurumları testə birbaşa daxil edilməsə də, xəbər redaksiyaları bu addımın istifadəçilərin xəbər linklərini paylaşmasının qarşısını ala biləcəyindən narahatdır.

Qeyd edilir ki, “Meta”nın 2023-cü ildə xəbərləri prioritetdən çıxarması onlayn mediaya trafikdə ciddi azalmaya səbəb olub.

Analitiklər bildirirlər ki, yeni sınaq “Meta”nın istifadəçiləri ödənişli “Meta Verified” xidmətinə cəlb etmək strategiyasının tərkib hissəsidir. Bu xidmət müxtəlif səviyyələr üzrə aylıq 9,99 funtdan 400 funta qədər dəyişir və əlavə funksiyalar, təhlükəsizlik imkanları təqdim edir.

“Meta”nın sözçüsü bildirib ki, testin məqsədi linkli paylaşımların artırılmasının “Meta Verified” abunəçiləri üçün əlavə dəyər yaradıb-yaratmadığını müəyyənləşdirməkdir.

Media ekspertləri isə bu addımı “Facebook”un xəbərlərdən uzaqlaşma siyasətinin davamı kimi qiymətləndirir və bunun media platformaları üçün riskləri artırdığını vurğulayırlar.

Süni intellekt mövcud olmayan normaları həqiqət kimi təqdim edib

Süni intellekt mövcud olmayan normaları həqiqət kimi təqdim edib

Texnologiya
23 sentyabr 2026 1027 baxış
Çində insanabənzər robotların kütləvi istehsalına start verilib

Çində insanabənzər robotların kütləvi istehsalına start verilib

Texnologiya
22 sentyabr 2026 1027 baxış
"Ənənəvi bacarıqlar aktuallığını qoruyur" | Rövşən Nəcəfdən çağırış - Baku TV

"Ənənəvi bacarıqlar aktuallığını qoruyur" | Rövşən Nəcəfdən çağırış - Baku TV

Texnologiya
19 sentyabr 2026 1027 baxış
Yeni struktur süni intellekt texnologiyalarının mümkün təhlükələrinə nəzarət edəcək

Yeni struktur süni intellekt texnologiyalarının mümkün təhlükələrinə nəzarət edəcək

Texnologiya
17 sentyabr 2026 1027 baxış
Kütləvi humanoid robot istehsalı üçün nəzərdə tutulan zavod fəaliyyətə başlayıb

Kütləvi humanoid robot istehsalı üçün nəzərdə tutulan zavod fəaliyyətə başlayıb

Texnologiya
17 sentyabr 2026 1027 baxış
Texnologiya nəhənglərindən süni intellektlə bağlı ciddi xəbərdarlıq - Baku TV

Texnologiya nəhənglərindən süni intellektlə bağlı ciddi xəbərdarlıq - Baku TV

Texnologiya
15 sentyabr 2026 1027 baxış
Sosial şəbəkələrdə uşaqlar üçün yeni məhdudiyyətlər tətbiq oluna bilər

Sosial şəbəkələrdə uşaqlar üçün yeni məhdudiyyətlər tətbiq oluna bilər

Texnologiya
14 sentyabr 2026 1027 baxış
Süni intellektin nəzarətdən kənarda yaranma ehtimalı

Süni intellektin nəzarətdən kənarda yaranma ehtimalı

Texnologiya
13 sentyabr 2026 1027 baxış
"Tesla" yeni avtomobilini nümayiş etdirib

"Tesla" yeni avtomobilini nümayiş etdirib

Texnologiya
13 sentyabr 2026 1027 baxış
“Narahatlıqlar həddindən artıq şişirdilib” | Süni intellektlə bağlı məlumat

“Narahatlıqlar həddindən artıq şişirdilib” | Süni intellektlə bağlı məlumat

Texnologiya
12 sentyabr 2026 1027 baxış
Seçilmişlər
icon