Pleyeri seçin:

Hər kəsi maraqlandıran suala süni intellekt şirkətinin rəhbərindən cavab

02 iyun 2026 365 baxış

"OpenAI" şirkətinin rəhbəri Sem Altman bildirib ki, süni intellektin sürətli inkişafı və tətbiqi "qlobal əmək bazarı apokalipsisi"nə – kütləvi işsizliyə səbəb olmayacaq.

O bu fikirləri Avstraliyanın Sidney şəhərində keçirilən "Commonwealth Bank of Australia" konfransına videobağlantı vasitəsilə qatılarkən səsləndirib.

S.Altman qeyd edib ki, əvvəlki gözləntilərinin əksinə olaraq, süni intellekt hələlik ofis işlərində başlanğıc səviyyəli vəzifələrdə düşündüyü qədər böyük ixtisarlara yol açmayıb.

Onun sözlərinə görə, süni intellekt bir çox sahələrdə daha aktiv rol oynasa da, iş prosesində "insani faktor" hələ də əvəzolunmaz olaraq qalır.

Şirkət rəhbəri maraqlı bir nümunə də gətirib. O, "Slack" mesajlarına və elektron poçtlara cavab vermək üçün şəxsən süni intellektdən istifadə etməyə çalışdığını, lakin daha sonra yenidən bu işi özü görməyə qərar verdiyini etiraf edib. S.Altman buna səbəb kimi iş mühitində canlı insan ünsiyyətinin vacibliyini göstərib.

O sonda bir daha vurğulayıb ki, bəzi analitik şirkətlərin proqnozlaşdırdığı kimi yaxın gələcəkdə kütləvi işsizlik apokalipsisi gözlənilmir.

Yeni struktur süni intellekt texnologiyalarının mümkün təhlükələrinə nəzarət edəcək

Yeni struktur süni intellekt texnologiyalarının mümkün təhlükələrinə nəzarət edəcək

Texnologiya
17 sentyabr 2026 365 baxış
Kütləvi humanoid robot istehsalı üçün nəzərdə tutulan zavod fəaliyyətə başlayıb

Kütləvi humanoid robot istehsalı üçün nəzərdə tutulan zavod fəaliyyətə başlayıb

Texnologiya
17 sentyabr 2026 365 baxış
Texnologiya nəhənglərindən süni intellektlə bağlı ciddi xəbərdarlıq - Baku TV

Texnologiya nəhənglərindən süni intellektlə bağlı ciddi xəbərdarlıq - Baku TV

Texnologiya
15 sentyabr 2026 365 baxış
Sosial şəbəkələrdə uşaqlar üçün yeni məhdudiyyətlər tətbiq oluna bilər

Sosial şəbəkələrdə uşaqlar üçün yeni məhdudiyyətlər tətbiq oluna bilər

Texnologiya
14 sentyabr 2026 365 baxış
Süni intellektin nəzarətdən kənarda yaranma ehtimalı

Süni intellektin nəzarətdən kənarda yaranma ehtimalı

Texnologiya
13 sentyabr 2026 365 baxış
"Tesla" yeni avtomobilini nümayiş etdirib

"Tesla" yeni avtomobilini nümayiş etdirib

Texnologiya
13 sentyabr 2026 365 baxış
“Narahatlıqlar həddindən artıq şişirdilib” | Süni intellektlə bağlı məlumat

“Narahatlıqlar həddindən artıq şişirdilib” | Süni intellektlə bağlı məlumat

Texnologiya
12 sentyabr 2026 365 baxış
Media məzmununun süni intellekt üçün istifadəsi mübahisə yaradır

Media məzmununun süni intellekt üçün istifadəsi mübahisə yaradır

Texnologiya
12 sentyabr 2026 365 baxış
ABŞ-də işaxtaranlarla müsahibə onlara həvalə olunacaq

ABŞ-də işaxtaranlarla müsahibə onlara həvalə olunacaq

Texnologiya
11 sentyabr 2026 365 baxış
Çin robot texnologiyalarının inkişafında yeni mərhələyə keçib

Çin robot texnologiyalarının inkişafında yeni mərhələyə keçib

Texnologiya
03 sentyabr 2026 365 baxış
Seçilmişlər
icon