Pleyeri seçin:

"YouTube" minlərlə kanala bu yeniliyi gətirir | Detallar açıqlandı

13 dekabr 2024 552 baxış

“Gemini”nin süni intellekt köməkçisinin əsasını təşkil edən böyük dil modellərindəki təkmilləşdirmələr artıq “Google”a məhdud sayda videoməzmun yaradıcılarına videolarını müxtəlif dillərdə avtomatik dublyaj etmək imkanı verib.

“YouTube” xidməti maarifləndirmə məqsədli minlərlə kanala videoməzmunun avtomatik dublyajı funksiyasına dəstəyi genişləndirib. Məsələn, kulinariya bloqları olan və ya müxtəlif sahələrdə sənətkarlığın sirlərini paylaşan məzmun müəllifləri avtomatik dublyaj ala bilərlər.

Gələcəkdə funksiya digər məzmun növləri üzrə ixtisaslaşmış kanalları da əhatə edəcək. Yenilikdən yararlanmaq üçün video müəllifinə sadəcə orijinal videonu normal rejimdə yükləmək kifayətdir. İstifadəçi yükləmə səhifəsi interfeysində tələb olunan xananı işarələyibsə, “YouTube” özü mənbə videonun dilini aşkar edəcək və müxtəlif dillərdə versiyalar yaradacaq.

Hazırda dəstəklənən dillər ingilis, fransız, alman, hind, İndoneziya, italyan, yapon, portuqal və ispan dilləridir.

“Google” xəbərdarlıq edir ki, “Gemini”nin insan nitqini müxtəlif dillərdə yenidən yaratmaq qabiliyyəti hələ də məhduddur. Assistent nəinki qrammatik, stilistik və fonetik səhvlərə yol verə bilər, hətta onun tembri də videodakı orijinal səsin sahibinin tembrindən fərqlənə bilər.

Gələcəkdə “YouTube” özünün avtomatik tərcüməçisinin nitqinə ifadəlilik əlavə etməyi vəd edir ki, bu da orijinalın emosionallığını daha yaxşı əks etdirəcək və hətta orijinal audio trekin səs-küyünü təkrarlayacaq.

Banner
Şəbəkədəki texniki problem minlərlə istifadəçini rabitəsiz qoyub

Şəbəkədəki texniki problem minlərlə istifadəçini rabitəsiz qoyub

Texnologiya
18 noyabr 2026 237 baxış
Süni intellekt ər-arvad münasibətlərində təhlükəli faktora çevrilir

Süni intellekt ər-arvad münasibətlərində təhlükəli faktora çevrilir

Texnologiya
18 noyabr 2026 270 baxış
Robotlar jurnalistlərə qəhvə və dondurma hazırlayıb

Robotlar jurnalistlərə qəhvə və dondurma hazırlayıb

Texnologiya
16 noyabr 2026 227 baxış
“Xüsusilə onların rəqs bacarıqları heyrətamizdir” | Almaniyalı texniki məsləhətçi

“Xüsusilə onların rəqs bacarıqları heyrətamizdir” | Almaniyalı texniki məsləhətçi

Texnologiya
14 noyabr 2026 806 baxış
Texnologiya bazarında gözlənilməz hadisə: Süni intellekt sənayesində nələr olur? - Baku TV CANLI

Texnologiya bazarında gözlənilməz hadisə: Süni intellekt sənayesində nələr olur? - Baku TV CANLI

Texnologiya
12 noyabr 2026 333 baxış
Şirkət rəhbərinin istefası dünya texnologiya bazarını silkələdi

Şirkət rəhbərinin istefası dünya texnologiya bazarını silkələdi

Texnologiya
12 noyabr 2026 879 baxış
Superintellekt həyatın bütün sahələrini dəyişə bilər

Superintellekt həyatın bütün sahələrini dəyişə bilər

Texnologiya
08 noyabr 2026 327 baxış
Süni intellektdən istifadə edənlər gündə 90 dəqiqə daha çox işləyir

Süni intellektdən istifadə edənlər gündə 90 dəqiqə daha çox işləyir

Texnologiya
07 noyabr 2026 1044 baxış
Humanoidlər və robot itləri real dağ şəraitində sınaqdan keçiriləcək

Humanoidlər və robot itləri real dağ şəraitində sınaqdan keçiriləcək

Texnologiya
04 noyabr 2026 355 baxış
İlon Mask "Blindsight" adlı məhsulu ictimaiyyətə təqdim edib

İlon Mask "Blindsight" adlı məhsulu ictimaiyyətə təqdim edib

Texnologiya
01 noyabr 2026 1433 baxış
Seçilmişlər
icon