Pleyeri seçin:

“13 ildən sonra əsgərliyə yaradı?!” - Ürəyində problem olan şəxs hərbi xidmətə çağırılıb? - Baku TV

22 iyun 2026 455 baxış

Zərdab rayon sakini Səddam Teyyubzadə səhhətində problem olmasına baxmayaraq, hərbi xidmətə çağırıldığını bildirir. Baku TV-nin qaynar xəttinə müraciət edən şikayətçinin sözlərinə görə, ona hələ 2013-cü ildə hərbi həkim heyətinin yoxlanışı zamanı anadangəlmə ürək qüsuru diaqnozu qoyulub. Son 13 il ərzində müayinələrdən keçdiyini bildirən S.Teyyubzadə 2026-cı ilin aprelində aparılan təkrar yoxlanış zamanı hərbi xidmətə yararlı hesab olunduğunu vurğulayıb.

Şikayətçi Səddam Teyyubzadə məsələ ilə bağlı narazılığını belə ifadə edib:

"Cari ilin 22 aprel tarixində keçdiyim sonuncu müayinənin nəticələri – xəstəliyimlə və ya xidmətə yararlı olmağımla bağlı rəy mənə təqdim olunmur. Yeganə istəyim odur ki, yenidən obyektiv həkim komissiyası təyin edilsin və ürəyimlə bağlı narahatlığım düzgün şəkildə yoxlanılsın. Əgər hərbi xidmətə yararlı olduğum sübuta yetirilərsə, xidmət etməyə hazıram".

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin şöbə müdiri Tural Qurbanov bildirib ki, Teyyubzadə Səddam Əsəd oğlunun ilkin olaraq 19 iyun 2025-ci il tarixdə Agentlikdə yekun tibbi müayinəsi aparılıb:

“Vətəndaşın kardioloji müayinə nəticələrinə əsasən, həmçinin əlavə olaraq sağlamlıq vəziyyətində rəngbərəng dəmrov diaqnozu müəyyən edildiyindən hərbi xidmətə müvəqqəti yararsız olması barədə qərar qəbul edilərək 6 aylıq möhlət müddəti verilib. Səddam Teyyubzadəyə təyin olunan möhlət müddəti başa çatdıqdan sonra növbəti dəfə yenidən Agentlikdə əyani müayinəsi aparılıb.

Vətəndaşın müayinə nəticələrinə əsasən, hazırkı sağlamlıq vəziyyətində birincidərəcəli “prolaps” diaqnozu müəyyən edilib ki, bu da müvafiq qanunvericiliyə uyğun olaraq ona hərbi xidmətə çağırışda möhlət verilməsi və ya hərbi xidmətə yararsız hesab olunması üçün əsas yaratmır. Bu səbəbdən də vətəndaşın sıradankənar hərbi xidmətə yararlı olması barədə qərar qəbul edilib”.

Banner
"Psixoloq pasiyentin ruhu ilə məşğul olmalıdır" | Acı çəkməyən adam müdrik ola bilərmi? - AMİN

"Psixoloq pasiyentin ruhu ilə məşğul olmalıdır" | Acı çəkməyən adam müdrik ola bilərmi? - AMİN

Cəmiyyət
22 oktyabr 2026 455 baxış
Azərbaycanda ortaaylıq əməkhaqqı 7 faizdən çox artdı | Göstərici qənaətbəxşdir? - Baku TV

Azərbaycanda ortaaylıq əməkhaqqı 7 faizdən çox artdı | Göstərici qənaətbəxşdir? - Baku TV

Cəmiyyət
22 oktyabr 2026 455 baxış
2035-ci ilə qədər istilik sistemlərində nəzərdə tutulan böyük dəyişiklik nədir? - Baku TV

2035-ci ilə qədər istilik sistemlərində nəzərdə tutulan böyük dəyişiklik nədir? - Baku TV

Cəmiyyət
22 oktyabr 2026 455 baxış
Çətirlərinizi hazırlayın! | Bakıda yaz havası sona çatır? - Baku TV CANLI

Çətirlərinizi hazırlayın! | Bakıda yaz havası sona çatır? - Baku TV CANLI

Cəmiyyət
22 oktyabr 2026 455 baxış
“Yaşamaq mümkün deyil, yayda lap dəhşətdir” | Xırdalan sakinlərini bezdirən problem - Baku TV

“Yaşamaq mümkün deyil, yayda lap dəhşətdir” | Xırdalan sakinlərini bezdirən problem - Baku TV

Cəmiyyət
22 oktyabr 2026 455 baxış
Xırdalandakı 13 mərtəbəli binada nə baş verir? | Sakinlər özündən çıxdı - Baku TV

Xırdalandakı 13 mərtəbəli binada nə baş verir? | Sakinlər özündən çıxdı - Baku TV

Cəmiyyət
22 oktyabr 2026 455 baxış
”Global Media Group”un təşəbbüsü ilə növbəti ağacəkmə aksiyası - Baku TV

”Global Media Group”un təşəbbüsü ilə növbəti ağacəkmə aksiyası - Baku TV

Cəmiyyət
22 oktyabr 2026 455 baxış
“Gecələr gizləndikləri yerdən çıxıb...” | Əqrəb sancan zaman ilk nələr edilməlidir? - Baku TV

“Gecələr gizləndikləri yerdən çıxıb...” | Əqrəb sancan zaman ilk nələr edilməlidir? - Baku TV

Cəmiyyət
22 oktyabr 2026 455 baxış
"Martda daşdı, 200-dən çox ailə kirayədə qaldı" | Masazırda yüzlərlə tikili su altında qala bilər

"Martda daşdı, 200-dən çox ailə kirayədə qaldı" | Masazırda yüzlərlə tikili su altında qala bilər

Cəmiyyət
22 oktyabr 2026 455 baxış
“Mənə daşın üstü də yararlıdır” | Vətəndaş 10 ildir torpağını niyə rəsmiləşdirə bilmir? - Baku TV

“Mənə daşın üstü də yararlıdır” | Vətəndaş 10 ildir torpağını niyə rəsmiləşdirə bilmir? - Baku TV

Cəmiyyət
22 oktyabr 2026 455 baxış
Seçilmişlər
icon