Pleyeri seçin:

5 ailə üzvünü amansızca qətlə yetirən Əhməd azadlığa buraxılacaq?

09 aprel 2024 369 baxış

Ailəsinin 5 üzvünü amansızca qətlə yetirməkdə təqsirli bilinən Əhməd Əhmədov barəsində keçirilən psixoloji ekspertizanın rəyinə əsasən, onun hadisəni anlaqsız törətməsi, psixi xəstəliyinin olması ilə bağlı rəy verilib.

Əhməd Əhmədovun hadisəni anlaqsız vəziyyətdə törətməsi onu cinayət məsuliyyətindən azad edirmi?

Hüquqşünas Hikmət Əliyev bildirib ki, məhkəmə-psixiatriya ekpertizasının rəyi nəzərə alınmaqla şəxs tərəfindən cinayəti anlaqsız vəziyyətdə törətməsi tam sübut olunduqda məhkəmə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi, barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə qərar çıxarır:

“Yəni belə şəxslərə cəza təyin edilmir. İntensiv və daimi müşahidə müəyyən edən ixtisaslaşdırılmış psixiatriya stasionarlarında psixi vəziyyətinə görə özü üçün və ya kənar şəxslər üçün təhlükəli olan şəxslər barəsində məcburi müalicə aparılmalıdır.

Şəxsin psixi vəziyyəti yaxşılaşdığı halda həkim komissiyasının rəyinə əsasən məcburi müalicə dayandırıla bilər. Göründüyü kimi, şəxs anlaqsız vəziyyətdə cinayət törədibsə, sonradan sağaldığı təqdirdə belə məsuliyyətə cəlb edilmir”.

Psixiatr Nadir İsmayılov isə qeyd edib ki, Ə.Əhmədov adi xəstəxanada yox, xəstəxanaların xüsusi gücləndirilmiş rejimlə işləyən şöbəsində müalicəyə getməlidir: “Müalicə 6 ay, 1 il, 10 il də ola bilər. Xəstə sağalana qədər xəstəxanadan buraxıla bilməz”.

Banner
Xəzər suitilərinin kütləvi ölümü ekoloji narahatlıq doğurur - Baku TV

Xəzər suitilərinin kütləvi ölümü ekoloji narahatlıq doğurur - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 369 baxış
Peşə təhsili sistemində problemlər var? | İmtahanlar düzgün qiymətləndirilmir? - Baku TV

Peşə təhsili sistemində problemlər var? | İmtahanlar düzgün qiymətləndirilmir? - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 369 baxış
Artıq çəki orqanizmin müdafiə hüceyrələrinə təsir edir

Artıq çəki orqanizmin müdafiə hüceyrələrinə təsir edir

Cəmiyyət
25 oktyabr 2026 369 baxış
Çox hərəkət etmək diqqəti gücləndirə bilər

Çox hərəkət etmək diqqəti gücləndirə bilər

Cəmiyyət
25 oktyabr 2026 369 baxış
"31 min manat pul ödəmişik, ortada heç nə yoxdur" | Xırdalanda sakinlər niyə qazsız qalıb? - Baku TV

"31 min manat pul ödəmişik, ortada heç nə yoxdur" | Xırdalanda sakinlər niyə qazsız qalıb? - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 369 baxış
Qubadlı şəhərinin işğaldan azad olunmasından 6 il ötür - Baku TV CANLI

Qubadlı şəhərinin işğaldan azad olunmasından 6 il ötür - Baku TV CANLI

Cəmiyyət
25 oktyabr 2026 369 baxış
Qubadlı azadlığının 6-cı ili | 25 oktyabrın tarixi əhəmiyyəti yenidən xatırlanır - Baku TV

Qubadlı azadlığının 6-cı ili | 25 oktyabrın tarixi əhəmiyyəti yenidən xatırlanır - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 369 baxış
98 illik fasilədən sonra “Turandot” operası Bakıda yenidən təqdim edilir - Baku TV

98 illik fasilədən sonra “Turandot” operası Bakıda yenidən təqdim edilir - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 369 baxış
Zaqatalada leysan və dolu sakinlərə çətin anlar yaşatdı - Baku TV

Zaqatalada leysan və dolu sakinlərə çətin anlar yaşatdı - Baku TV

Cəmiyyət
24 oktyabr 2026 369 baxış
Zaqatalanın Yuxarı Tala və Ələskər kəndlərində dolu təsərrüfatlara ziyan vurub - Baku TV CANLI

Zaqatalanın Yuxarı Tala və Ələskər kəndlərində dolu təsərrüfatlara ziyan vurub - Baku TV CANLI

Cəmiyyət
24 oktyabr 2026 369 baxış
Seçilmişlər
icon