Pleyeri seçin:

50 qramlıq qızıl külçə necə yoxa çıxdı? | Aldadılan sakin danışdı | "Yoxdur heç nəyim..." - Baku TV

01 iyun 2026 21 baxış

Baku TV-nin qaynar xəttinə müraciət edən şikayətçi Elvin Hüseynov iddia edir ki, elan saytı vasitəsilə satışa çıxardığı 50 qramlıq “PAMP” markalı qızıl dələduzluq yolu ilə əlindən alınıb.

Şikayətçinin sözlərinə görə, alıcı ilə görüş zamanı o, qızılı yoxlamaq adı ilə götürüb və bir daha geri qaytarmayıb:

“Məni maşına dəvət etdi, qızılı alıb yoxlamağa başladı. Daha sonra tanımadığım bir nəfərə zəng vurdu, həmin şəxs də qızılı görmək istədiyini dedi. Mən etiraz etdim. O isə yaxınlıqdakı binanı göstərərək pul götürüb gələcəyini, avtomobilinin də burada qaldığını bildirdi. Açarın maşının üzərində olduğunu gördüm və inandım. Saatlarla gözlədim, amma geri qayıtmadı. Daha sonra polisə müraciət etdim, araşdırma zamanı avtomobilin icarəyə götürüldüyü məlum oldu. Kimliyi müəyyən edildikdən sonra o, məndən məsələni öz aramızda həll etməyimizi xahiş etdi, təslim olmaq istəmədiyini dedi”.

İttiham olunan şəxs – Özal Orduxanlı isə qızılı aldığını və ödəniş etdiyini, məsələnin isə polis tərəfindən araşdırıldığını qeyd edib.

Şikayətçi həmçinin iddia edir ki, Özal Orduxanlı həmin qızılı mağazalardan birinə satıb.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən isə bildirilib ki, vətəndaşın elan saytı vasitəsilə alqı-satqı edən zaman qızıl-zinət əşyasının ələ keçirilməsi ilə bağlı iddiaları üzrə müvafiq polis bölməsinə müraciət daxil olub. Tərəflərin ərizə və izahatları alınıb. Hazırda istintaq araşdırmaları davam etdirilir.

Kopyalandı
"Yandırırıq, zorla içəri girirlər” | Binanın zirzəmisində dəhşətə gətirən mənzərə - Baku TV

"Yandırırıq, zorla içəri girirlər” | Binanın zirzəmisində dəhşətə gətirən mənzərə - Baku TV

Cəmiyyət
01 iyun 2026 21 baxış
Sosial şəbəkələr və videooyunlar: yeni dövrün səssiz təhlükəsi - AKTUAL GÜNDƏM

Sosial şəbəkələr və videooyunlar: yeni dövrün səssiz təhlükəsi - AKTUAL GÜNDƏM

Cəmiyyət
01 iyun 2026 21 baxış
Beynəlxalq Uşaqlar Günü ölkəmizdə geniş şəkildə qeyd olunur - Baku TV

Beynəlxalq Uşaqlar Günü ölkəmizdə geniş şəkildə qeyd olunur - Baku TV

Cəmiyyət
01 iyun 2026 21 baxış
"Bu tədbirlərin böyük əhəmiyyəti var" | QAİ-nin İdarə Heyətinin sədri - Baku TV

"Bu tədbirlərin böyük əhəmiyyəti var" | QAİ-nin İdarə Heyətinin sədri - Baku TV

Cəmiyyət
01 iyun 2026 21 baxış
Xarkovda azərbaycanlılarla bağlı dava düşdü | Ölkədə başdansovdu iş görənlər - XÜLASƏ

Xarkovda azərbaycanlılarla bağlı dava düşdü | Ölkədə başdansovdu iş görənlər - XÜLASƏ

Cəmiyyət
31 may 2026 21 baxış
"Mənə başqa yer desələr, orada yaşamaram" | Qədim Ramana kəndindən xüsusi reportaj - Baku TV

"Mənə başqa yer desələr, orada yaşamaram" | Qədim Ramana kəndindən xüsusi reportaj - Baku TV

Cəmiyyət
31 may 2026 21 baxış
Milli Hidrometeorologiya Xidmətindən hava barədə xəbərdarlıq - Baku TV

Milli Hidrometeorologiya Xidmətindən hava barədə xəbərdarlıq - Baku TV

Cəmiyyət
31 may 2026 21 baxış
Ekspertlər avtomobil bazarındakı durğunluğun səbəblərini açıqladı - Baku TV

Ekspertlər avtomobil bazarındakı durğunluğun səbəblərini açıqladı - Baku TV

Cəmiyyət
31 may 2026 21 baxış
Gəncədə yol problemi sakinləri özlərindən çıxardı - Baku TV

Gəncədə yol problemi sakinləri özlərindən çıxardı - Baku TV

Cəmiyyət
31 may 2026 21 baxış
Toxumalardakı ümumi su həcmini müvəqqəti azaldan vasitə

Toxumalardakı ümumi su həcmini müvəqqəti azaldan vasitə

Cəmiyyət
31 may 2026 21 baxış
Seçilmişlər
icon