Pleyeri seçin:
Baş Şirvan kollektorunda timsah peyda olduğu iddia edilir - Baku TV
Sosial şəbəkələrdə Baş Şirvan kollektorunda timsahların üzdüyünü əks etdirdiyi iddia olunan videolar yayılıb. Lakin həmin görüntülərin həqiqəti əks etdirmədiyi və saxta olduğu bildirilir.
Ərazidə uzun illərdir balıqçılıqla məşğul olan sakinlərin sözlərinə görə, Baş Şirvan kollektorunda və ümumilikdə ölkənin su hövzələrində belə bir halla heç vaxt rastlaşmayıblar.
“Uzun illərdir bu kanalda balıq tuturuq, ölkənin müxtəlif su hövzələrində olmuşuq. Yayılan görüntülər bizə inandırıcı gəlmir. Azərbaycanda timsahların yaşaya biləcəyini düşünmürük. Sosial şəbəkələrdə paylaşılan həmin videoların süni şəkildə hazırlanması və ya montaj olunması ehtimalı daha yüksəkdir”, – deyə sakinlərdən biri qeyd edib.
Kopyalandı
